reklam
» » Azərbaycan telekanalları İlham Rəhimova qadağa qoyub - FOTO

reklam

Azərbaycan telekanalları İlham Rəhimova qadağa qoyub - FOTO

Azərbaycan telekanalları Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimova qadağa qoyub.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, bu iddia ilə Rəhimova yaxın şəxslər çıxış edib. Bildirilib ki, onun təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq toplantını rəsmi məttbuat, o cümlədən televiziyalar işıqlandırmayıb. Toplantını AzTV, CBC və "Lider” kanalları lentə alsa da, konfransın təşkilatçısı qismində professor İlham Rəhimovdan müsahibə alınsa da, efirə verilməyib. Belə bir tədbir Azərbaycanın rəsmi mətbu orqanlarında da işıqlandırılmayıb.

Qeyd edək ki, iki gün əvvəl Bakıda "Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” adlı konfrans keçirilib. Konfransın əsas təşkilatçısı Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının prezidenti, hüquq professoru, milyonçu İlham Rəhimov olub. O, Bakıya 9 ölkənin (Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna, Belarus) aparıcı hüquqşünaslarını toplayıb. Konfransın digər təşkilatçısı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu olub.
 


Paylaş:


Müəllif : Tarix:
10-10-2018, 15:36
  


loading...
Загрузка...