reklam
» » Əkbər Hacıyevin vətəndaşa növbəti tələsi... - FAKT

reklam

Əkbər Hacıyevin vətəndaşa növbəti tələsi... - FAKT

Hər kəsə məlumdur ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz sayğacları mənzillərdən, evlərdən kənarda, bloklarda və həyətlərdə quraşdırılır. Bu, həm vətəndaşların sayğaclara müdaxilə etməsinin qarşını almaq, həm də təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Həmçinin, "Azəriqaz" İstehsalat Birliyinin işçilərinin işini asanlaşdırır. "Azəriqaz"-ın işçiləri abunəçiləri narahat etmədən onların sayğaclarına nəzarət edə bilirlər.

Təəssüflər olsun ki, qaz sayğaclarının blokda və ya həyətdə yerləşdirilməsi çox vaxt vətəndaşa baha başa gəlir. Qaz sayğaclarına vətəndaşların müdaxiləsi olmadan zərər dəyir, cəriməsini isə abunəçi özü ödəməyə məcbur qalır.

Son zamanlar isə qaz sayğaclarının "başında" daha bir "bəla" dolaşır. Belə ki, sayğacların quraşdırıldığı qutular gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanır. Zərbəsi isə yenə də abunəçiyə dəyir. Vətəndaş xəbəri olmadan oğurlanan sayğac qutusunun əvəzinə pul ödəyib, yenisini almağa məcbur edilir.

Sputnik Azərbaycan-a müraciət edən şikayətçilər də elə bu məsələyə etiraz edirlər. Onlar küçədə quraşdırılan sayğaca nəzarət edə bilmədiklərini, buna görə məsuliyyət daşımağın düzgün olmadığını bildirirlər.

Maraqlıdır, belə hadisə baş verdikdə, məsuliyyəti kim daşıyır? Həm abunəçiləri, həm də bizi maraqlandıran bu suala aidiyyatı şəxslərdən cavab almağa çalışdıq.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bildirdi ki, idarə tərəfindən vətəndaşlara sayğac və qutusu pulsuz verilir: "Amma o sayğacların qorunması vətəndaşlara həvalə olunur. Abonent müdaxiləsi nəticəsində sayğacda hər hansı nasazlıq baş verəndə, sayğac vətəndaşın hesabına yenisi ilə əvəz olunur".

İB-nin sözçüsü qeyd edib ki, oğurlanmış sayğac qutularına görə isə, vətəndaş polisə müraciət etməlidir: "Abunəçi aidiyyatı rayon üzrə "Azəriqaz"ın idarəsinə müraciət edir, rüsumu ödəyir və həmin sayğaca yeni qutu quraşdırılır".

"Onu da qeyd edim ki, qaz sayğaclarına əlavə müdaxilə etmək olmaz və başqa qutu ilə əvəz etmək qəti qadağandır. Çünki qaz təhlükəlidir və standartdan kənar müdaxilələr yolverilməzdir. Əks halda vətəndaş cərimələnə bilər" — deyə "Azəriqaz" İB-nin sözçüsü əlavə edib.

Hüquqşünas Elyar Həsənovun fikrincə, sağlam məntiq və normal təfəkkürə əsaslanaraq demək olar ki, vətəndaşın evində və həyətində olmayan bir cihaza görə cavabdeh olmamalıdır: "Axı adam gecə saatlarında baş verən hər hansı hadisəyə necə cavabdeh olsun? Amma qurum müqavilədə istədiyini yazır və müştərini bu müqaviləyə qol çəkməyə məcbur edir".

"Müştərinin imza atmamaq kimi şansı yoxdur. İmza atmasa, qazsız qalacaq. Ona görə də qurum öz məsuliyyətini müştərinin üzərinə atmaq üçün əlində olan bütün fürsətlərdən istifadə edir" — hüquqşünas deyib.

E.Həsənov məsələnin qanuni tərəfini də izah edib: "Qanuni cəhətdən bu, doğru deyil, vətəndaş küçədə quraşdırılan cihaza görə cavabdehlik daşımamalıdır. Oğurluq və ya hansısa hal baş verəndə vətəndaş cihaza dəyən ziyanı ödəməməlidir".


Paylaş:


Müəllif : Tarix:
12-10-2018, 09:14
  


loading...
Загрузка...