reklam
» » Mirmahmud Mirəlioğlu müavinlərini qərargahdan qovub - QALMAQAL

reklam

Mirmahmud Mirəlioğlu müavinlərini qərargahdan qovub - QALMAQAL

Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) qurultayqabağı gərginlik pik həddə çatıb.

Regionxeberleri.com-un AzVision.az-a istinadən əldə etdiyi məlumata görə, partiya sədri Mirmahmud Mirəlioğlu Sədr Aparatını buraxdıqdan sonra, müavinlərini qərargahdan qovub.Məlumatı KXCP üzvləri təsdiqləyiblər.
Bildirilib ki, Mirmahmud Mirəlioğlu atdığı addımlarla partiyanı dağıdır: “KXCP-nin sonuncu qurultayında Mirəlioğlu partiya sədrliyinə bir daha namizəd olmayacağını açıqlamışdı. Amma sonradan sözündən döndü. Yəni növbəti qurultayda namizəd olacaq. Bununla yanaşı, o, Sədr Aparatını buraxdıqdan sonra müavinlərini də qərargahdan qovub. Hətta sədr müavini Xəzər Teyyublunun otağı əlindən alınıb, qərargaha isə buraxılmır”.

Artıq partiyanın bir neçə rayon təşkilatının sədri M.Mirəlioğluna etiraz olaraq istefa verib: “Mirəlioğlu partiyanı ata malı bilir. Nə gəldi edir. Partiyanın Nizami rayon təşkilatının sədri istefa verib. Bir neçə rayon təşkilatı da eyni addımı atmaq ərəfəsindədir”.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun partiya sədrliyinə namizəd olması onun KXCP-dəki rəqiblərinin etirazına səbəb olub.


Paylaş:


Müəllif : Tarix:
12-10-2018, 12:59
  


loading...
Загрузка...