reklam
» » "İndi də mənim torpağımı əlimdən alırlar..." - GİLEY

reklam

"İndi də mənim torpağımı əlimdən alırlar..." - GİLEY

Qarabağ müharibəsində şəhid olan Səmədov Taleh Şahbala oğlunun qardaşı Səmədov Vahid Şahbala oğlu prezident İlham Əliyevə müraciət edib.

Regionxeberleri.com bildirir ki, Reportyor.info-ya göndərdiyi şikayət məktubunda V.Səmədov Neftçalanın baş memarı Vüqar Nağıyevin onun qanuni sənədlə aldığı torpağını zəbt etdiyini bildirib.

Bu işdə Şirvan məhkəməsinin hakimi Ziya Əliyevin də xüsusi “əməyi” olub. Belə ki, bu ilin 10 oktyabrında 2 il davam edən məhkəmə çəkişməsindən sonra hakim əsassız qərar çıxarıb. Şəhid qardaşının halal pulu ilə Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən aldığı həyətyanı torpaq sahəsi baş memara verilib.

V.Səmədov prezidentə məktubunda bildirir ki, qonşusu Azayeva Mafiyət və əri Azayev Mobil yaşadığı ərazidə Vüqar Nağıyevin köməyi ilə bu günə kimi 4 yerdə ayrı-ayrılıqda torpaq sahəsi əldə ediblər: “İndi də mənim torpağımı əlimdən alırlar.

Necə olur Mafiyətin, Mobilin 4 yerdə torpağı ola bilər, vətən, xalq, millət uğrunda igid qurban verən öz puluyla torpaq ala bilməz? Mən bu torpağı dövlətdən şəhid qardaşıma görə almamışam, öz halal pulumla almışam.

Cənab Prezident, Vüqar Nağıyev Neftçaladan əvvəl Şirvanın baş memarı olub. Vüqar Nağıyevi Şirvanda hamı “Sənəd Saxtakarlığının Kralı” kimi tanıyır. Saxtakarlığına görə də Şirvandan icra başçısı Mərdan Camalov Vüqar Nağıyevi qovub.

Vüqar Nağıyev saxta sənəd düzəltməyə görə bu gün Neftçalanın baş memarı işləməli deyil, həbsdə olmalıdır. Cənab Prezident, sizdən xahiş edirəm haqqımızın bərpa olunmasına, Neftçala rayonun baş memarı Vüqar Nağıyevin və Şirvan məhkəmənin hakimi Ziya Əliyevin cəzalanması üçün xüsusi göstəriş verəsiniz.

Ziya Əliyevlə Vüqar Nağıyev balası şəhid olan anam Zərbəliyeva Gülbikə Balaheydər qızını başımıza açdıqları müsibətə görə çərrədib öldürdülər. Xahiş edirəm imkan verməyin bizi də qana sürükləsinlər”.

Xatırladaq ki, bundan əvvəl Neftçala şəhərinin baş memarı Rüstəm Tahirov Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 178.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinib. Amma indiki baş memar V.Nağıyev görünür dərs götürməyib.


Paylaş:


Müəllif : Tarix:
12-10-2018, 13:04
  


loading...
Загрузка...