reklam
» » FHN şefi onu "Gilan"dan qovacaq... - İDDİA

reklam

FHN şefi onu "Gilan"dan qovacaq... - İDDİA

"Broker” MMC-nin rəhbəri olmuş və hazırda "Gilan" Holdinqdə aqrar şöbəyə rəhbərlik edən, eyni zamanda "Gilan Aqrotek” in rəhbəri olan, "Meyvəli" bazarının şəriklərindən biri Əbülfəz Məlikov deyəsən, "broker" titulu kimi sadaladığımız mövqelərini də itirəcək. Regionxeberleri.com bildirir ki, bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Əbülfəz Məlikov yaxın günlərdə "Gilan" Holdinqin kölgədəki sahibi FHN şefi Kəmaləddin Heydərov tərəfindən hədəfə gətirilir.

Mənbənin dia.az-a söylədikləri: "Artıq Əbülfəz Məlikovla vida zamanı yetişib. Doğrudur. onun "vurulmasında" Səfər Mehdiyev demişkən, hansısa "xəyanət" faktoru rol oynamır. Sadəcə olaraq Əbülfəz Məlikov artıq ona olan etimadı itirib. Xəyanət etməsi barədə yetərincə dəlillər olmasa da, Əbülfəz Məlikovun qələmi Heydərov tərəfindən qırılıb. Əks cinah Məlikovu gözdən salmağa müvəffəq ola bilib".

Xatırladaq ki, məhz gömrük sistemi və "Gilan"dakı mövqeləri səbəbindən Əbülfəz Məlikov həm də "Meyvəli" bazarının da sahibinə çevrilmiş durumda idi. İndi isə deyilir ki, Məlikov vəzifələri ilə yanaşı "Meyvəli"ni də itirəcək. Dia.az-a danışan mənbə bildirir ki, bu qərarı məhz Kəmaləddin Heydərov verib.


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 16:03
  


loading...
Загрузка...