reklam
» » “Atəşgah” Sığorta da hədəfə alınıb... - GƏLİŞMƏ

reklam

“Atəşgah” Sığorta da hədəfə alınıb... - GƏLİŞMƏ

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iki sığorta şirkətinə, “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC və 5 nəfər sığorta agentinə verilmiş lisenziyaları ləğv edib. Palatanın uzun zaman fəaliyyətsizliyindən sonra belə bir qərar verməsi qurumun yenidən sağlamlaşdırma prosesinə başladığını göstərən amil kimi qiymətləndirilir. Məlumdur ki, bu gün Azərbaycan sığorta bazarında kifayət qədər problemlər var.

Sağlam olmayan şirkətlərin sayı normal fəaliyyət göstərənlərlə müqayisədə heç də az deyil. Bu da sığorta bazarının ümumilikdə müflisləşməsinə, ən azı belə bir görüntünün yaranmasına səbəb olur. Sığorta şirkətlərinə inam isə kifayət qədər zədələnib. Palatanın son qərarından sonra bazarın sağlamlaşmasına ümid bir qədər artıb. Ekspertlər hesab edir ki, Palatanın yenidən formalaşması da bu məsələdə önəmli yer tutur. Bundan öncə Palataya de-fakto iki nəfər, Direktorlar Şurasının sədri Rüfət Aslanlı və İdarə Heyətinin sədri İbrahim Alışov rəhbərlik edirdi. Amma son olaraq ölkə başçısının Sərəncamı ilə Palatanın Direktorlar Şurası ləğv olundu və rəhbərlik birbaşa olaraq, İdarə Heyətinə tapşırıldı. Bu da Palatanın işində artıq hiss olunmağa başlayıb.

Sığorta şirkətlərində isə vəziyyət o, qədər acınacaqlıdır ki, iki şirkətin bağlanması ilə problem həll olunmayacaq. Bu gün sığorta bazarında əsas problemlər vətəndaşların şirkətlərin xidmətindən narazı olmasıdır. Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev “Atəşgah” Sığortanın timsalında bu problemi gündəmə gətirdi.

“Şirkətlərə, komitələrə, nazirliklərə ayrı-ayrılıqda fikir bildirmək siyasətçi kimi bizə uyğun deyil. Hər məsələyə kompleks və sistemli yanaşmağın tərəfdarıyam. “Atəşgah” SŞ isə qanunsuzluqlarda, vətəndaşları incitməkdə, qanunları ayaq altına salıb tapdamaqda, orada işləyənlərin çoxmərtəbəli və mürəkkəb korrupsiya piramidasında batıb”-AXCP sədri deyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta şirkətləri haqqında qərardan sonra bu məsələ yenidən gündəmə gəlib. Maliyyə durumu acınacaqlı olan, müştəri bazası sürətlə kiçilən şirkətlərin bağlanması, müflis elan olunması vacibdir. Amma bu qərarlar vətəndaşları ümumi sığorta bazarından narazı salan, “Atəşgah” kimi şirkətlərə də şamil olunacaqmı? Bazarın sağlamlaşması və əhalinin inamını qazanmağın yolu yüksək keyfiyyətli xidmətdən keçir. Bu cür şirkətlər vətəndaşı narazı saldıqca, sağlamlaşma prosesinin hansısa müsbət nəticə verəcəyi heç də inandırıcı görünmür.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında Palatanın son qərarını müsbət qarşıladığını deyib. Ə.Həsənov hesab edir ki, bu proses davamlı olacaq:

Hesab edirəm ki, bu qərara ayrıca yox, dövlət başçısının 2 həftə əvvəl Palatanın yeni nizamnaməsini təsdiq etməsi komtekstində baxmaq lazımdır. Həmin nizamnaməyə əsasən Palatanın Direktorlar Şurası ləğv olundu və onun rəhbəri Rüfət Aslanlı vəzifəsindən getdi. Bundan əvvəl Palatada ikihakimiyyətlilik yaranmışdı. Bu da Palatanın cəld, çevik və sistemli fəaliyyətinə maneə olurdu. Amma artıq Palatada bir rəhbərlik qalıb ki, o, da İdarə Heyətidir. Amma digər tərəfdən, dövlət başçısının oktyabrın 4-də tərtib etdiyi yeni Nizamnamədə göstərilir ki, bank və sığorta şirkətlərinə lisenziya verilməsi məsələsini prezidentlə razılaşdırmalıdır. Bu, o deməkdir ki, bu məsələ artıq dövlət nəzarətinə götürülüb. Bu iki sığorta şirkətinin bağlanmasını da bu konteksdə qəbul edirəm. Düşünürəm ki, dövlət başçısı ilk növbədə sağlamlaşdırma məsələsini qoyub və bu proses davamlı olacaq. Ümid edirəm ki, bütün bu addımlar sığorta bazarının sağlamlaşmasına xidmət edəcək və yaxın zamanlarda sağlam sığorta bazarı görə biləcəyik”.


Paylaş:


Müəllif : Tarix:
22-10-2018, 09:21
  


loading...
Загрузка...