reklam
» » Deputat özəl tibb müəssisələrinin müdafiəsinə qalxdı - "Vergi güzəştlərinin edilməsinə ehtiyac var"

reklam

Deputat özəl tibb müəssisələrinin müdafiəsinə qalxdı - "Vergi güzəştlərinin edilməsinə ehtiyac var"

"Büdcənin sosial istiqamətli olması Prezident İlham Əliyevin siyasətində hər zaman əhalinin sosial rifahına önəm verdiyini göstərir. Müstəqillik illərində dövlət büdcəsində səhiyyə xərcləri 2019-cu il büdcəsində ən yüksək həddə çatıb".
Regionxeberleri.com "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, gələn il büdcə layihəsində səhiyyəyə 1 milyard 48 milyon manat civarında vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 53.9 faiz çoxdur:

“Bununla yanaşı hökümət üzvlərinin iclasda iştirakını nəzərə alaraq bəzi təkliflər irəli sürmək istəyirəm. Məsələn,şəkərli diabet xəstələrinin insulin vahidləri ilə təminatına yenidən baxılmasını təklif edirəm. Hazırda bu xidmət 1990-cı illərdən qəbul edilmiş normative əsasında aparılır. Həmin normativdə bir xəstənin müəlicə üçün 40 vahid müəyyən edilib, Ümumdünya Səhiyyə Təşkilatının tələblərində bu rəqəm 60 vahiddən 80 vahidə artırılıb. Yəni biz mövcud rəqəmi 2 dəfə artırmalıyıq. Dünyada anoloq insulindən istifadə edir ki, bu istiqamətdə dəyişiklik etməliyik”.
Millət vəkili çıxışı zamanı həmçinin deputat seçildiyi Gəncə şəhərinin problemlərini də diqqətə çatdırıb:

“Gəncədə 3 nömrəli xəstəxana 60 il əvvəl tikilib, onun təmirinə ehtiyac var. Gələn ilin büdcəsində həmin xəstəxanaın bərpası üçün vəsait ayrılmaya bilər, lakin növbəti illərdə bu sahəyə vəsait nəzərə alınmasını xahiş edirəm. Özəl səhiyyə və təhsil müəssisələrinə vergi güzəştlərin edilməsinə ehtiyac var”.


Paylaş:


Müəllif : Tarix:
13-11-2018, 17:40
  


loading...
Загрузка...