reklam
» » Prezident İdris İsayevi də işdən ÇIXARDI - digər nazirə müavin aparıldı

reklam

Prezident İdris İsayevi də işdən ÇIXARDI - digər nazirə müavin aparıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.

Regionxeberleri.com-un "Report"a istinadən məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.

***

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev tutduğu vəzifədən azad edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Amma əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad olunan İdris İsayev işsiz qalmayıb. Belə ki, Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.

İdris İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib.

1993-2005-ci illərdə Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.


Paylaş:


Müəllif : Tarix:
16-11-2018, 11:20
  


loading...
Загрузка...