reklam
» » Qarabağ müharibəsi əlillərinə ev veriləcək

reklam

Qarabağ müharibəsi əlillərinə ev veriləcək

Bu il noyabrın 25-dən başlayaraq şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 583 mənzil və fərdi evlərin verilməsinə başlanacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, qarşıdakı bir ayda həmin mənzillər öz sahiblərini tapacaq.

Nazir bildirib ki, bunun üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb:

“Nəzərdə tutulub ki, Qaradağ rayonunda 200 mənzil, Zabrat qəsəbəsində 95 mənzil, Mehdiabadda 72, Müşfiqabadda 24, İmişli rayonunda 54, Şamaxı rayonunda 36 mənzil istismara verilsin”.

S.Babayevin sözlərinə görə, “Dövlət İnvestisiya Proqramı”nda şəhid ailələri və Qarabağ əlilləri üçün əlavə 800 mənzilin tikilməsi nəzərdə tutulub. Bununla bağlı nazirlik müvafiq təkliflər hazırlayaraq hökumətə təqdim edib.


Paylaş:


Müəllif : Tarix:
17-11-2018, 18:58
  


loading...
Загрузка...