reklam
» » İlin sonunda növbəti əfv fərmanı olacaq... - İDDİA

reklam

İlin sonunda növbəti əfv fərmanı olacaq... - İDDİA

Azərbaycanda əlamətlər günlərdə - Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il və Novruz bayramlarında əfv fərmanı imzalanması ənənəsi var.

Bəs növbəti əfv fərmanı nə vaxt imzalana bilər?

Regionxeberleri.com DİA.AZ-a istinadən bildirir ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev yerli KİV-ə açıqlamasında bu sualla bağlı fikirlərini bölüşüb. O bildirib ki, ilin sonunda əfv fərmanının imzalanması gözlənilən deyil:

“Çünki sonuncu əfv fərmanı may ayında, Azərbaycan Respublikası Cümhuriyyətin 100 illiyi ilə bağlı imzalanmışdı. Həmin fərmanla 634 nəfər ən geniş miqyasda cəzadan azad edilmişdi. O cümlədən, 609 nəfər məhkumluğunun qalan hissəsini çəkməkdən azad olunmuşdu. Zaman baxımından elə uzun müddət keçməyib. Ona görə də yeni bir əfv fərmanının imzalanacağını düşünmürəm. Bu məsələ Prezidentin səlahiyyətindədir. Son illərin də təcrübəsinə baxsaq görərik ki, son 2 ildə əfv fərmanları bir qayda olaraq may ayı istisna olmaqla, Novruz bayramı ərəfəsində imzalanıb. Bu mənada hesab edirəm ki, növbəti əfv fərmanı Novruz bayramı ərəfəsində gözlənilir”.

Amma bu arada DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, bu ilin sonunda daha bir əfv qərarı veriləcək. Mənbə iddia edir ki, bu məsələyə tədarükün qısa zamanda aparılması gözlənilir: "Səbəbi isə çox sadədir. Bu dəfə əfvə köhnədən ərizəsi verilənlər düşəcək. Hansılar ki, əvvəlki əfv fərmanlarında əriələrinə müsbət qərar verilməyib".


Paylaş:


Müəllif : Tarix:
20-11-2018, 10:11
  


loading...
Загрузка...