reklam
» » Masallı təhsilində acınacaqlı durum... - GİLEY

reklam

Masallı təhsilində acınacaqlı durum... - GİLEY

Masallı rayon Təhsil Şöbəsimüdiri Əkbərov Tariyel İntiqam oğlu RİH-də işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan məmurdur. Bir qrup orta məktəb direktoru adından təhsil naziri Ceyhun Bayramova açıq məktubda belə deyilir. Onlar afn.az-a yazıblar ki, əvvəlcə sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilib.

3 il sonra – 2010-cu ildə Masallı təhsil şefinin müavini kreslosuna gəlir. Müdir müavini kimi illərlə “Dövlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Əkbərov Tariyel hansı yollasa imtahandan azad edilib.

İlk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov Tariyel sonra ikinci ali təhsil alıb.

2016-cı ildə rayonun təhsil şöbəsinin müdiri vəzifəsinə gətirilən Əkbərov Tariyel savadsızlıqda ittiham olunur. “Xahiş” sözünü “xayiş” kimi “sentyabr” sözünu “sentiyabır” kimi yazan adam hansı savadın yiyəsi olmalıdır?

Əkbərov Tariyelin direktorların başına açmadığı oyun qalmayıb. Məqsədiancaq rüşvət almaq, pul toplamaqdır.

“İşimizi itirmək və yersiz yoxlamalar qorxusundan adımızı qeyd edə bilməsək də, fərdi şəkildə direktorlardan soruşsanız, əksəriyyət burda yazılanları təsdiq edəcək”,-deyə məktubda deyilir.

Bu günə qədər Masallı məktəblərindən pullar yığılır. Təbii ki Əkbərov Tariyel yığılan pulları tək yemədiyini, müəyyən hissəsinin Təhsil Nazirliyinə ötürüldüyünü, xüsüsən Nazirliyin məsul işçiləri Eşqi Bağırova, Kənan Quliyevə, Fərzəli Qədirova və digərlərinə çatdığını deyir.

Həm bu şəxslərlə, həm də Baş NaziriNovruz Məmmədovun bacısı oğlu ilə yaxın münasibəti olduğunu, kimsənin ona toxuna bilməyəcəyini fəxrlə deyir”.

Nazirə məktubda deyilir: “Əkbərov Tariyel 2018-i il yanvar ayında Maliyyə Nazirliyinin Nəzarət Təftiş Komissiyasının (KRU) apardığı yoxlama qrupuna vermək adıyla rayonun 65 tam orta məktəbinin hər birindən 5000 manat, 30 ümumi orta məktəbin isə hər birindən 3000 manat pul yıgdirdı.

Bu pulu ödəmək üçün biz direktorlar “Kapitalbank”ın Masallı filialından kütləvi şəkildə kredit götürməyə məcbur olduq. Əksəriyyətimiz hələ də həmin kredit yükü altında əzilirik.

Həmin ilin fevral – mart aylarında Əmək Müfəttişliyinə vermək adıyla tam orta məktəblərdən 250 manat, ümumi orta məktəblərdən isə 150 manat pul yığıldı.

Əmək müfəttişliyi rəhbərliyinin sözlərinə görə, onlara həmin puldan1 manat da çatmayib.Cari ilin aprel-iyun aylarında bu məqsədlə yenidən bütün məktəblərdən 150 – 200 manat pul yığıldı.

Aprel ayından başlayaraq, məktəblərin aylıq əmək haqqından yığılan töycü şəkilli rüşvət Əkbərov Tariyeli qane etmədiyi səbəbindən, tam orta məktəblərdən yığılan rüşvətin miqdarını 100 manatdan 220 manata ( 20 manat rəqs pulu), ümumi orta məktəblər üzrə isə 50 manatdan 120 manata qaldırdı.

İyun ayında 10-a yaxın məktəbdə əsassız yoxlamalar keçirmiş, hər direktordan 1500, direktor müavinlərindən isə 1000 manat pul alınaraq, gözdən pərdə asmaq üçün müdiryanı şura keçirilmiş və həmin məktəb rəhbərləri haqqında intizam tənbehi tətbiq edilib.

İşlədiyi müddət ərzində dəfələrlə ümumtəhsil məktəblərində çalışan kitabxanaçı, laborant və UBR rəhbərləri, psixoloqlarla iclas keçirib onları işdən çıxaracağı ilə hədələyib, hər birindən 100 manat pul tələb edərək yığdırmışdır.

Bütün bunlar azmış kimi, məzuniyyət dovründə tam orta məktəblərdən 440 manat, ümumi orta məktəblərdən isə 240 manat (iki ayliq) rüşvət yığılmışdır”.

Amma məktubda faktlar geniş olduğuna görə davamını növbəti günlərdə təqdim edəcəyik. \\editor.az\\


Paylaş:


Müəllif : Tarix:
21-11-2018, 08:46
  


loading...
Загрузка...