X
Beyləqanda məktəbli qızla cinsi əlaqədə olanlar həbs edildi - RƏSMİ » Regionxeberleri.com Beyləqanda məktəbli qızla cinsi əlaqədə olanlar həbs edildi - RƏSMİ » Regionxeberleri.com

reklam
» » Beyləqanda məktəbli qızla cinsi əlaqədə olanlar həbs edildi - RƏSMİ

reklam

Beyləqanda məktəbli qızla cinsi əlaqədə olanlar həbs edildi - RƏSMİ

Baş Prokurorluq Beyləqanda baş vermiş cinsi zorakılıq hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı  həmkəndliləri - 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, çoxsaylı şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisənin orta məktəbdə baş verdiyi bildirilir.


Paylaş:


Müəllif : Tarix:
14-03-2017, 15:53
  


loading...