reklam
» » Rus bölməsi abituriyentlərinə buraxılış vərəqəsi verilir

reklam

Rus bölməsi abituriyentlərinə buraxılış vərəqəsi verilir

Aprelin 9-da keçiriləcək Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsi abituriyentləri üçün buraxılış vərəqəsinin verilməsinə başlanılıb.
 
Regionxeberleri.com - un Lent.az - a istinadən məlumatına görə, Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilər. “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.
 
Aprelin 9-da keçiriləcək ilk imtahanda iştirak etmək istəyən 6 150 abituriyent ərizələrini təsdiq edib.
 
Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edəcəklər.
“Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə - aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.


Paylaş:


Müəllif : Tarix:
4-04-2017, 16:31
  


loading...
Загрузка...