X
BMT TŞ təcili toplanır – Raket təhdidi » Regionxeberleri.com BMT TŞ təcili toplanır – Raket təhdidi » Regionxeberleri.com

reklam
» » BMT TŞ təcili toplanır – Raket təhdidi

reklam

BMT TŞ təcili toplanır – Raket təhdidi

BMT Təhlükəsizlik Şurası 23 mayda Şimali Koreyanın son raket sınağı ilə bağlı fəvqəladə toplantı keçirəcək.

Təcili toplantını ABŞ, Yaponiya və Cənubi Koreya tələb edib.

ABŞ Dövlət katibi Reks Tillerson “Foks Nyus Sandey”ə açıqlamasında son raket sınağının Şimali Koreyaya qarşı iqtisadi və diplomatik təzyiqləri artıracağını bəyan etmişdi.

Şimali Koreya yeni raket sınağını 21 mayda keçirib. Yaponiyanın məlumatına görə, yerli vaxtla 16:59-da buraxılan naməlum modifikasiyalı raket Yapon dənizinə düşüb.

Cənubi Koreya hərbi dairələri isə sınağı keçirilən raketin Pukkıkson-2 tipinə aid olduğunu və 500 km uçduqdan sonra Koreya yarımadasının 350 kilometrliyində Yapon dənizinə düşdüyünü bildirib.


Paylaş:


Müəllif : Tarix:
22-05-2017, 09:03
  


loading...