reklam
» » Tramp sünni-şiə müharibəsinə hazırlaşır - Plan

reklam

Tramp sünni-şiə müharibəsinə hazırlaşır - Plan

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman öz ölkəsindəki və İraqdakı sünni əşirətlərini İran, Bəşər Əsəd rejimi, Hizbullah və Yəməndəki husilərin üzərinə göndərmək niyyətindədir.

Bunu tanınmış siyasi yazar Robert Fisk Britaniyanın “İndependent” qəzetində yazdığı məqaləsində bildirib.

Fisk məqaləsində ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə imzaladığı silah müqaviləsinin pərdəarxası məqamlarına da toxunub:

“Trampın əsas düşməni olan İŞİD-in Səudiyyə ilə eyni sələfi mədəniyyətə malik olması bunlarla əlaqəsizdir. Sünni səudlar və Körfəz kralları möhtəşəm bir zənginliyə sahibdir. Bu, Trampın həqiqətən də hörmət etdiyi dindir. Bundan başqa, şiə İranı, Suriya, Hizbullah və husiləri yox etmək istəyirlər. Bu da yaxınlaşan savaş üçün Trampın Salman və dostlarına 100 milyardlıq raket, təyyarə və gəmi verməsi mənasını daşıyır. Bundan Amerikada xoşbəxt olacaq, İsrail də”.

Fiskin sölərinə görə, Tramp Yaxın Şərqdə böyük müharibəyə hazırlaşır və İsrailin dəstəyi ilə regiondakı sünnilər şiələrə qarşı müharibəyə qaldırılacaq.


Paylaş:


Müəllif : Tarix:
23-05-2017, 10:29
  


loading...
Загрузка...