reklam
» » Rusiyanın bu təşəbbüsünü İran niyə dəstəkləyir? – Suriyada hərbisizləşdirilən zonalar (TƏHLİL)

reklam

Rusiyanın bu təşəbbüsünü İran niyə dəstəkləyir? – Suriyada hərbisizləşdirilən zonalar (TƏHLİL)

Həmidrza Əzizi “Al-Monitor”

 Suriya sülh danışıqlarının son raundu mayın 4-də tamamlanıb və atəşkəsin üç təminatçısı – Rusiya, İran və Türkiyə Astanada “hərbisizləşdirilən zonalar” yaratmaq barədə razılığa gəlib. Moskva tərəfindən irəli sürülən, kövrək atəşkəs rejimini təmin etmək və siyasi həll prosesinin daha asan olması məqsədli təşəbbüs münaqişəyə cəlb olunan tərəflərdə müxtəlif rəylər doğurub.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sazişi “düzgün istiqamətli, mühüm, perspektivli, müsbət addım” kimi kimi təqdir etsə də, Birləşmiş Ştatlar daha ehtiyatlı yanaşma ilə bəyan etdi ki, planın dəqiq dəyərləndirilməsi üçün müfəssəl məlumat lazımdır.

Digər tərəfdən, Suriya hökuməti Rusiyanın təşəbbüsünü tam dəstəklədiyini açıqladı. Ancaq Astanada Suriya müxalifətini təmsil edən əsas koalisiya bu planı qəbul etməkdən imtina etdi. O, ərazi hüdudları və sülhməramlıların biri kimi İranın roluna etimadsızlığı bəhanəsi gətirdi.

Eyni zamanda, mayın 4-də razılaşmanı imzalamış İran, rəsmi Moskvanın planını qəbul edib, onun fəal şəkildə həyata keçirilməsində iştirak etmək vədini verdi. Lakin İran tərəfinin hələ də hərbisizləşdirilən zonalarının tələbləri və mümkün təsirləri haqqında nə düşündüyü ilə bağlı və ya niyə İranın bu ideyasını dəstəkləmək qərarına gəldiyinə dair Tehranın aydın və ətraflı şərhi olmayıb.

İranın mövqeyini bilmək məsələsi vacibdir. Çünki o, uzun müddət, israrla Suriya ərazisində hər hansı “təhlükəsiz zonalar” və ya “uçuşa yasaq zonalar”yaradılması ideyasını qarşı çıxırdı.

Tehranı öz mövqeyini yenidən nəzər salmağa nə vadar etdi?

Müddəaları irəli sürməzdən əvvəl İranın belə bir fikirə gəlməsi üçün Rusiya ilə eyni məntiqi bölüşdüyü iddia edilə bilər. Əslində, aprelin 6-da Suriya hava bazasına ABŞ-ın raket hücumu nəticəsində Rusiya bu nəticəyə gəldi ki, ABŞ-ın Suriyada daha fəal siyasət yürütmə ehtimalı artır və bunu ləngidən hərəkəti etmək daha yaxşıdır.

Amerikan hücumu ABŞ və onun regional müttəfiqlərinin Suriyada təhlükəsiz zonalarının yaradılması mümkünlüyü barədə yenilənmiş müzakirələrə səbəb oldu. Bəzi regional dövlətlər – Türkiyə də daxil olmaqla – ABŞ-a bu mövzuda daha fəal olmağa çağırış etdi.

Beləliklə, hərbisizləşdirilən zonaların yaradılması ideyası – Rusiyanın birbaşa nəzarəti altında təhlükəsiz zonalarının “redaktə edilmiş” versiyası – ABŞ-ın qarşısını almaq və Rusiya maraqlarına zərərli bir addım alaraq Birləşmiş Ştatlar və müttəfiqləri əleyhinə rusların önləyici aktı sayıla bilər.

Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək Suriyada İran və Rusiyanın fundamental paylaşılan marağı olduğundan təşəbbüs Tehranda alqışlanmalı idi. Bu əsas məntiqdən kənarda, 4 May təşəbbüsünün həqiqətən İranın maraqlarına xidmət edə biləcəyi ilə bağlı bəzi məqamlar var.

İlk növbədə, Suriya üzrə çoxtərəfli danışıqların çərçivəsininin genişləndirilməsi ilə Rusiya öz təşəbbüsünü gücləndirmək və beynəlxalq səviyyədə tanınmış razılaşma etməyə çalışır. Bu mənada, Astanadakı son danışıqlardan sonra Moskva 4 May təşəbbüsünün beynəlxalq aspektini vurğulayaraq, BMT Təhlükəsizlik Şurasının onu təsdiqləməsini istədi.

Suriya müxalifəti və xarici tərəfdaşların əsas bəhanələrindən biri Suriyada İranın hərbi iştirakı olduğundan, 4 may müqaviləsinin beynəlxalq aspekti və İranın sülhməramlıların biri kimi iştirakı beynəlxalq səhnədə Suriyada İran hərbi mövcudluğuna haqq qazandıra bilər. Bu, əslində, prosesin hər hansı hissəsində İranın roluna Suriya müxalifətinin etirazı arxasında gizlənən əsas səbəbdir.

İkincisi, hərbisizləşdirilən zonaların yaradılması və monitorinqində fəal rol oynamaq imkanından faydalanaraq, Tehran, israrla bəyan kimi, atəşkəsin qorunması və siyasi həll prosesinin asanlaşdırılmasına həqiqətən sadiq olduğunu sübut edə və beynəlxalq mövqeyini gücləndirə bilər. Bunun sayəsində İran Suriyadahər hansı gələcək siyasi proseslərdə fəal rol alacaq.

Üçüncüsü, döyüş meydanında ümumi inkişafı nəzərə alaraq, Rusiya və Türkiyə sülhməramlı qüvvələri ilə əməkdaşlıq edərək, eləcə də onların öhdəliyinə əsasən, Suriya ordusu və silahlı üsyançılar arasında qarşıdurmaların qarşısını alaraq, İran, eyni zamanda, iki cəbhədə, yəni silahlı üsyançılar və daha ekstremist, terrorçu qruplarla da mübarizə aparmanın qarşısını ala bilər. Bu, öz növbəsində, İranın Suriya müharibəsində insan itkilərinin azalması, İŞİD və İranın maraqlarına daha yaxın təhdid hesab olunan digər terrorist qruplarla mübarizəyə daha çox diqqət yetirməyə kömək edəcək.

Dördüncüsü, Suriyanın cənub-qərbindən şimala uzanan xətt boyu Rusiyanın təklif etdiyi dörd hərbisizləşdirilən zonanın coğrafi mövqeyini nəzərə alaraq, Suriya vasitəsilə Livana öz çıxışı qorumaq – əsasən “Hizbullah”a dəstək və üsyançıların bu strateji sahələri ələ edəcək narahatlıqları sakitləşdirmək üçün – İranın əsas maraqlarına xidmət edə bilər. Əslində, hərbisizləşdirilən zonaları quraraq, münaqişə dondurulmuş olacaq və bu, İranın maraqlarına tamamilə uyğundur.

Nəhayət, Suriyada Moskva və Ankara ilə həqiqi hərbi əməkdaşlıq Suriya məsələsində Rusiya-Türkiyə-İran oxuna daha çox ciddilik, əməliyyat ölçüsü əlavə edə bilər. Ankaranın terrorçu hesab etdiyi Suriya kürdlərə ABŞ-ın dəstəyindən Türkiyənin daha da narazı olduğu bir vaxtda, sözügedən ox ən azı, İranın maraqları olan sahələrdə Türkiyənin radikal addımlarının qarşısını alacaq.

Bütövlükdə, Suriyada təhlükəsiz zonaların yaradılması heç vaxt Rusiya və İranın planlarının bir hissəsi olmayıb. Sanki bu, cari keçid dövründə əsas maraqlarını qorumaq üçün Moskva və Tehran üçün ən yaxşı yanaşma deyil. Lakin bu iki ölkəni hətta sıx əməkdaşlıq halına gətirən bir amil kimi çıxış edə bilir.

 Tərcümə: Strateq.az


Paylaş:


Müəllif : Tarix:
25-05-2017, 13:22
  


loading...
Загрузка...