reklam
» » ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb

reklam

ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb

ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə Suriyada İŞİD terror təşkilatının əsas qalası sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb.

B. Yıldırım deyib ki ABŞ Rakka əməliyyatının iyunun 2-dən 3-ə keçən gecə başladığı barədə Türkiyəni məlumatlandırıb. Türkiyənin baş naziri Rakkanın azad edilməsi əməliyyatında PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-dən istifadə edildiyini qeyd edib: “ABŞ-ın PYD/YPG ilə əməkdaşlığını məqbul saymadığımız sirr deyil və narahatlığımızı da hər zaman çatdırdıq. ABŞ tərəfi bizə bunun bir seçim deyil, məcburiyyət olduğunu, Rakka əməliyyatından sonra PYD/YPG ilə əlaqələrinin uzun müddət davam etməyəcəyini, bunun taktiki əməkdaşlıq olduğunu bildirdi. Eyni zamanda ABŞ tərəfindən bu əməliyyatla bağlı PYD/YPG-yə verilən silahların xüsusi nəzarətdə olacağına, sonradan Türkiyədə PKK tərəfindən da istifadə edilməyəcəyinə zəmanət verdilər. Bizim dəyişməyən strategiyamız var. İstər ölkə daxilində, istərsə də ölkədən xaricdə PKK, PYD/YPG İŞİD, DHKP-C bizim üçün eynidir, terror təşkilatlarıdır. Türkiyədə və Türkiyədən xaricdə ölkəmizin. Vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün zəruri addımları atmaqdan çəkinmirik. Bu istiqamətdə keçmişdə addımlar atdıq, zərurət yaranan zaman gələcəkdə də belə addımlar atacağıq”.


Paylaş:


Müəllif : Tarix:
4-06-2017, 13:55
  


loading...
Загрузка...