reklam
» » Azərbaycan və İranın dəmir yolları birləşəcək - Mahmud Vaezi

reklam

Azərbaycan və İranın dəmir yolları birləşəcək - Mahmud Vaezi

Azərbaycan və İranın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq.

Regionxeberleri.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, İran qədim İpək Yolunun üzərində yerləşir və bu gün beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında aparıcı rola malikdir: "İran MDB dövlətləri ilə iqtisadi əlaqələri inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək."

M.Vaezi İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə də yaxın əlaqələr qurmaq niyyətində olduğunu diqqətə çatdırıb.


Paylaş:


Müəllif : Tarix:
5-06-2017, 11:01
  


loading...
Загрузка...