X
Senat Rusiyaya yeni zərbəni belə hazırlayır » Regionxeberleri.com Senat Rusiyaya yeni zərbəni belə hazırlayır » Regionxeberleri.com

reklam
» » Senat Rusiyaya yeni zərbəni belə hazırlayır

reklam

Senat Rusiyaya yeni zərbəni belə hazırlayır

Respublikaçı və demokrat senatorlar Rusiyaya qarşı sanksiyaların gücləndirməsi məsələsində razılaşmaya çox yaxındırlar.

 Bu barədə “Politoko” nəşri məlumat yayıb. Razılaşmada fikir ayrılıqlarının səbəbi isə yalnız Rusiyaya yeni zərbənin hansı səviyyədə olması ilə bağlıdır. Demokratlar Trampa mövcud sanksiyaları yumşaltmağı qadağan etmək, həmçinin “seçkiyə müdaxilə” ittihamı ilə növbəti sanksiyalara imza atdırmaq istəyirlər.

Respublikaçılar isə daha ehtiyatlı mövqe sərgiləyirlər – baxmayaraq ki, onların da içində radikal mövqe tutanlar az deyil. Respublikaçı senator Lindsi Qrem bu məsələdə xüsusilə seçilir.

“Rusiyanı etdiklərinə görə cəzalandırmaq istəməyən konqresmen demokratiyanı satır” – CBS kanalında bazar günü bu sözləri deyən Qrem bildirib ki, Konqress Rusiyaya qarşı sanksiya çıxararsa və Tramp onu imzalamazsa, demək, prezident demokratiyanı satmış olacaq.

Respublikaçıların Senatdakı lideri Mitç Makkonnell Rusiyaya qarşı sanksiyaların səsə qoyulmasına razılıq verib. Demokratların Senatdakı rəhbəri Çak Şumer isə Rusiyaya qarşı sanksiyaların yetərincə sərt olmayacağı təqdirdə İrana sanksiyaları dəstəkləməyəcəklərini bəyan edib.

Nəşrin iddiasına görə, İrana qarşı ABŞ administrasiyasının planlarını gerçəkləşdirmək üçün respublikaçılar demokratların razılığını almağa çalışırlar və buna görə də Rusiyaya daha sərt zərbənin hazırlanması məsələsində ortaq məcrəcə gəlmək mümkün olacaq.


Paylaş:


Müəllif : Tarix:
12-06-2017, 10:07
  


loading...