reklam
» » ABŞ İrana və Rusiyaya qarşı yeni sanksiyaları anonsladı

reklam

ABŞ İrana və Rusiyaya qarşı yeni sanksiyaları anonsladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Respublikaçı senatoru Lindsi Qrem bəyan edib ki, artıq bu həftə ABŞ Konqresinin yuxarı palatası İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləməyə hazırlaşır. Eyni zamanda, Rusiyaya yönəlik məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan sənədə düzəlişlər ediləcəyi də gözlənilir.

Onun sözlərinə görə, konqresmenlər yeni sanksiyaları qanun formasına salmaq fikrindədirlər ki, bu da sonradan onların ləğv olunmasını əhəmiyyətli dərəcədə mürəkkəbləşdirəcək.

«Senat Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsində ikipartiyalı razılaşmanın astanasındadır. Bu, Prezident Trampa bir zərbə olacaq, çünki o, 2016-cı ildəki seçkilərə Rusiyanın müdaxiləsini inkar edir» – deyə, «Politico» qəzeti yazır.

Bununla bərabər, Qrem qeyd edib ki, əgər Tramp fərmanı imzalamasa, o zaman «demokratiyaya xəyanət» etmiş olacaq. O, Ağ Evin sahibinə məsləhət görüb ki, yaxşısı budur onun Rusiya ilə əlaqələri üzrə aparılan araşdırmalar barədə «sussun».

«Fikirlərşirəm ki, o, fərmanı imzalayacaq. Əgər imzalamasa, o zaman Konqres vetonu adlamaq üçün yetərli sayda səs yığacaq. Biz, heç vaxt Rusiya ilə münasibətlərə yenidən baxmayacağıq – o vaxta qədər ki, demokratiyanı məhv etmək cəhdlərinə görə onu lazımınca cəzalandırmamışıq. Bu da sanksiyaların gücləndirilməsini nəzərdə tutur» – senator danışıb.




Paylaş:


Müəllif : Tarix:
12-06-2017, 21:59
  


loading...
Загрузка...