Ərdoğan Şoyqunu qəbul etdi - Mediaya qapalı görüş » Regionxeberleri.com Ərdoğan Şoyqunu qəbul etdi - Mediaya qapalı görüş » Regionxeberleri.com

reklam
» » Ərdoğan Şoyqunu qəbul etdi - Mediaya qapalı görüş

reklam

Ərdoğan Şoyqunu qəbul etdi - Mediaya qapalı görüş


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Müdafiə naziri Serqey Şoyqunu qəbul edəcək.

 Bu haqda prezidentin rəsmi saytında məlumat verilib.

Görüş yerli vaxtla 15:00-da Tarabya iqamətgahında baş tutacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ərdoğan arasında iyunun 30-da telefon danışığı baş tutub. Prezidentlər 4-5 iyulda Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə suriyalı tərəflər arasında keçiriləcək V Astana görüşü çərçivəsində Suriya böhranının həllinə yönəlik əsas məsələləri müzakirə edib.

Kremlin açıqlamasında Putin və Ərdoğanın yaxın gələcəkdə danışıqları davam etdirmək məsələsində razılıq əldə etdiyi bildirilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yerli vaxtla 15:15-də Rusiya Müdafiə naziri Serqey Şoyqunu qəbul edib.

Görüş Tarabya iqamətgahında, mediaya qapalı keçirilib.


Paylaş:


Müəllif : Tarix:
2-07-2017, 18:12
  


loading...