X
Tramp və Putin arasında görüş başa çatıb – Təfərrüat (Yenilənib) » Regionxeberleri.com Tramp və Putin arasında görüş başa çatıb – Təfərrüat (Yenilənib) » Regionxeberleri.com

reklam
» » Tramp və Putin arasında görüş başa çatıb – Təfərrüat (Yenilənib)

reklam

Tramp və Putin arasında görüş başa çatıb – Təfərrüat (Yenilənib)

 

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Suriyadakı vəziyyət, Ukrayna münaqişəsi, həmçinin kibercinayətkarlıqla mübarizə məsələlərini müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Putin cümə günü Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı məlumat verib.
Yaponiya lideri Rusiya və ABŞ liderləri arasında danışıqların uzanması üçün Putin ilə görüşünü bir saat gözləməli olub.
“Mənim Birləşmiş Ştatlar prezidenti ilə olduqca uzun görüşüm oldu. Bir çox məsələlər yığılıb qalmışdı. Burada Ukrayna, Suriya və digər problemlər, bir sıra ikitərəfli məsələlər var idi”, – deyə Rusiya prezidenti bildirib.
O əlavə edib ki, Trampla, həmçinin kibertəhlükəsizlik və terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.
Putin Yaponiya baş nazirini gözlətdiyinə görə, həm öz, həm də amerikalı həmkarı adından üzr istəyib.

***

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

Prezidentlərin Suriya problemi, beynəlxalq terrorizmlə mübarizə, Ukraynadakı münaqişə və Şimali Koreya problemi ilə bağl ıfikir mübadiləsi aparacağı gözlənili
Axar.az xəbər verir ki, Putinlə bir araya gəlməkdən məmnun olduğunu və rus liderlə söhbəti böyük səbirsizliklə gözlədiyini bildirən Tramp, Putinlə bir arada olmağın özü üçün şərəf olduğunu vurğulayıb.

Putin də Trampla tanış olduğuna məmnun olduğunu və görüşün nəticə verməsinə ümid etdiyini qeyd edib.

“Rusiya və ABŞ mövcud problemləri həll etmək istəyirsə, telefon danışıqları yetərli olmayacaq, Trampla daha çox görüş keçirməliyik”, – Putin bildirib.




Paylaş:


Müəllif : Tarix:
7-07-2017, 22:09
  


loading...