X
NATO-dan Türkiyə və Almaniyaya çağırış » Regionxeberleri.com NATO-dan Türkiyə və Almaniyaya çağırış » Regionxeberleri.com

reklam
» » NATO-dan Türkiyə və Almaniyaya çağırış

reklam

NATO-dan Türkiyə və Almaniyaya çağırış


Türkiyə hakimiyyətinin alman deputatlara NATO-nun Konyadakı bazasını ziyarət etməyə icazə verməməsindən narahatıq.

 Bu sözləri NATO baş katibi Yens Stoltenberq alman nəşrinə açıqlamasında deyib.

“Ümid edirik ki, Türkiyə və Almaniya bu ziyarət üçün hər iki tərəfə münasib bir vaxt müəyyənləşdirə biləcək”, - Stoltenberq Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdən sonra açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyə Almaniya deputatlarına NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməyə icazə verməyib. Deputatların alman hərbi kontingenti yerləşən bu bazaya səfəri iyulun 17-ə planlaşdırılmışdı.

Alman kontingentin İncirlikdən çıxma prosesi isə ötən bazar başlayıb. Almaniyanın bu bazada 260 hərbçisi, “Tornado” kəşfiyyatçı təyyarəsi var.


Paylaş:


Müəllif : Tarix:
16-07-2017, 09:55
  


loading...