X
Qərbə Rusiya xəbərdarlığı: “Bu, faciəvi səhv olacaq” » Regionxeberleri.com Qərbə Rusiya xəbərdarlığı: “Bu, faciəvi səhv olacaq” » Regionxeberleri.com

reklam
» » Qərbə Rusiya xəbərdarlığı: “Bu, faciəvi səhv olacaq”

reklam

Qərbə Rusiya xəbərdarlığı: “Bu, faciəvi səhv olacaq”

“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları yerinə yetirilməmiş ləğv edilərsə, bu, Qərbin faciəli səhvi olacaq”.

Bunu Ukraynanın avrointeqrasiya məsələləri üzrə naziri İvanna Klimpuş-Tsintsadze deyib.

“Rusiya Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir. Sanksiyalar Minsk razılaşmalarının yerinə yetirilməsindən sonra ləğv edilməlidir. Əks halda, bu, Qərb üçün faciəvi səhv olacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar 2014-cü ildən tətbiq edilməyə başlanır. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması üçün siyasi və iqtisadi ölçülərdir. Sanksiyaları Avropa İttifaqı və ABŞ-dan başqa, Kanada Yaponiya, Norveç, İsveçrə, Avstraliya, Yeni Zelandiya, ümumiyyətlə 41 ölkə tətbiq edib.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra sanksiyaların ləğvinin mümkünlüyü barədə fikirlər səslənir.(publika.az)


Paylaş:


Müəllif : Tarix:
28-01-2017, 23:33
  


loading...