» » “Almaniyada Türkiyə əleyhinə təbliğat aparılır” – Mövlud Çavuşoğlu

“Almaniyada Türkiyə əleyhinə təbliğat aparılır” – Mövlud Çavuşoğlu

 
Almaniyada fəal şəkildə Türkiyə əleyhinə təbliğat aparılır.

Bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Almaniya Türkiyəyə qarşı düşmən münasibətini dəyişməlidir.

Nazir qeyd edib ki, Türkiyə Almaniya ilə düşmənçilik etmir və münasibətləri pozmağa heç bir səbəb görmür: “Əgər münasibətlərdə hər hansı bir problem varsa, danışıqlar masası arxasına əyləşib bunu müzakirə etmək lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 21:11
  
loading...