» » Saakaşvili Ukraynaya gedəcəyini bəyan etdi: "Kiminsə baqajında keçməyəcəm"

Saakaşvili Ukraynaya gedəcəyini bəyan etdi: "Kiminsə baqajında keçməyəcəm"


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynaya gələcəyini bəyan edib.
Bu barədə o, sosial şəbəkədə canlı efirdə deyib. M. Saakaşvili sentyabrın 10-u Polşadan Ukraynaya keçəcəyini bildirib. O, onu qarşılamaq istəyənlərə də səslənib və telefon nömrəsini səsləndirib. Saakaşvili Ukrayna hökumətinə də səslənib: "Mən bu qədər vaxt işləməmişəm ki, Ukraynaya kiminsə maşınında gizli şəkildə, baqajda keçim. Rəsmi şəkildə bəyan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya keçəcəyəm. Tərəfdarlarımı da sərhədə çağırıram".
 
Qeyd edək ki, Mixeil Saakaşvili bir müddət əvvəl Ukrayna vətəndaşlığından məhrum edilib.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 22:08
  
loading...