» » Bakının "tənqidçisi" rüsvay oldu - VİDEO

Bakının "tənqidçisi" rüsvay oldu - VİDEO

"İspaniyanın Barselona şəhərində törədilmiş məşum terror aktlarında həlak olanlar dünyəvilik və demokratiya ilə müstəbidlik, terror, xaos arasındakı qarşıdurmada dünyasını dəyişənlərdir. Barselonada baş verənlərə görə qəmlənir, həlak olanların ailələrinə başsağlığı veririk".

Almaniya Sosial-Demokrat Partiyasının (Sozialdemokratische Partei Deutschlands, SDP) lideri, Avropa Parlamentinin sabiq sədri Martin Şults Berlində keçirdiyi brifinqdə belə deyib.

O, rəhbərlik etdiyi partiyanın Barselonadakı teraktlarla bağlı mövqeyini açıqlayırdı.

Almaniyada keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna iddilı olan M.Şults qəmli görkəm alaraq terrorizmlə mübarizənin daha da aktivləşdirilməsinin labüdlüyündən, Barselona teraktlarında dinc insanların həlak olmasının onu kədərləndirməsindən bəhs edirdi.

Kütləyə hesablanan bu çıxış M.Şultsun seçicilər arasında reytinqinin artmasına, ən başlıcası isə avropalıların nəzərində müdrik və qətiyyətli siyasətçi obrazının formalaşmasına xidmət edən sırf siyasi gedişdi.

Fəqət, alınmayıb.

Səbəbsə 61 yaşlı M.Şults danışanda onun partiyadakı "sağ əli", Almaniya sosdemlərinin bundestaqdakı fraksiyasının liderlərindən biri Yeva Hoqlun davranışı olub.

Barselonadakı teraktlardan danışan M.Şultsun arxasında durmuş Y.Hoql kameralara fikir verməyərək gülürdü. Onun kefi kökdü və digər siyasətçilərlə salamlaşır, zarafatlaşırdı.

SDP liderinin müavinin bu davranışı Almaniyada böyük qalmaqala səbəb olub.

Almanlar sosial şəbəkələrdə hiddətlərini izhar edərək Y.Hoqlun istefasını tələb edib.

Məsələnin böyüdüyüü görən Y.Hoql üzr istəyib, lakin almanlar bu üzrxahlığı ikiüzlülük kimi qəbul ediblər.

"Mənə qarşı yönəlmiş tənqidlərdən kədərlənirəm. Cənab Şultsun brifiqində davranışımla bağlı yanlış təsəvvür yaranıb. Özünü təhqir olunmuş hiss edən hər kəsdən üzr istəyirəm. Lakin bildirmək istəyirəm ki, Martin Şults danışanda onun arxasında duranlar cənab sədrin Barselonadakı teraktlardan bəhs etdiyini eşitməmişdilər. Menecerimiz Andreas Geyzeli gördüm və onu əl işarəsi ilə çağırdım ki, sonradan danışaq. Barselonadakı teraktlar məni də kədərəndirir", - Y.Hoql bildirib.

Almanlar bu açıqlamadan daha da sinirləniblər, "Martin Şultsun müavini bizi ələ salır" deyiblər:

"Hoqlun belə davranışı elə Martin Şultsun da necə mənəviyyat və əxlaq sahibi olduğunu ortaya qoyur. Şultsla Hoql siyasi təlxəklərdir".

Martin Şults Azərbaycana qarşı həddən ziyadə qərəzli, hətta düşmən mövqe tutması ilə fərqlənir. O, Ermənistanın "havadar"larından biri sayılır.

Martin Şultsu "məşhurlaşdıran" digər məqam onun Avropa Parlamentinin sədri olduğu zamanda bu strukturu kənar təzyiqlərə boyun əymək istəməyən, müstəqil siyasət yürüdüb suverenliyini qoruyan dövlətlərə qarşı təzyiq vasitəsi, hətta silah kimi istifadə etməyə meylli olması idi.

O, Avropa Parlamentində ermənilərin bilavasitə dəstəyi və sifarişi ilə Azərbaycana qarşı siyasi hücumlara keçmişdi.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 12:02
  
loading...