» » “Türkiyə Avropa İttifaqına qəbul edilməyəcək” - Yunker

“Türkiyə Avropa İttifaqına qəbul edilməyəcək” - Yunker

Türkiyənin yaxın gələcəkdə Avropa İttifaqına üzv qəbul ediləcəyi gözlənilmir.

Bu barədə açıqlamanı Avropa komissiyasının sədri Jan-Klod Yunker verib. Onun sözlərinə görə, yaxın vaxtlarda quruma 27-dən çox ölkənin üzv qəbul olunması gözlənilir, amma onların sırasında Türkiyə yoxdur: "Yaxın gələcəkdə Avropa İttifaqında 27-dən çox üzv olacaq. Bütün namizəd ölkələr ilə danışıqlarda əsas prioritet hüququn, ədalət məhkəməsinin və əsas dəyərlərin aliliyidir. Bu isə Türkiyənin yaxın gələcəkdə bu İttifaqda üzvlüyünü istisna edir”.

Məlumat üçün bildirək ki, Aİ və Türkiyənin münasibətləri 2016-cı ildə ölkədə baş vermiş hərbi çevrilişə cəhddən sonra daha da pisləşib. Avropa İttifaqı türk hakimiyyətinin bu məsələlərə çox kəskin reaksiyasını, kütləvi həbsləri və rəsmi Ankaranın digər addımları ölkənin Avropa İttifaqına üzv olması prosesində yeni səhifələrin açılmasına maneə olmasıyla bağlı bir-birinin ardınca aşıqlamalar yayıb.


Paylaş:


Müəllif : Tarix:
13-09-2017, 13:42
  
loading...