reklam
» » Londondakı partlayışda yaralananlar arasında azərbaycanlı yoxdur - RƏSMİ

reklam

Londondakı partlayışda yaralananlar arasında azərbaycanlı yoxdur - RƏSMİ

"Londonda metroda baş vermiş terror hadisəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən araşdırılır və bu xüsusda səfirlik Böyük Britaniyanın müvafiq orqanları ilə təmasdadır".
 
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
O bildirib ki, ilkin məlumatlara əsasən xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması faktı qeydə alınmayıb: "Səfirlik bu ölkənin müvafiq strukturları ilə təmasları davam etdirir".
 
Qeyd edək ki, bu gün London metrosunda ən az 20 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən partlayış olub.


Paylaş:


Müəllif : Tarix:
15-09-2017, 16:05
  


loading...
Загрузка...