» » Ərdoğan Trampdan bunu istəyir: 4 tələb - Politoloq

Ərdoğan Trampdan bunu istəyir: 4 tələb - Politoloq

 
Bu görüşdə Tramp Ərdoğanı “dostum” adlandırsa da, bu, sözdə deyilir. Əslində isə real nəticələrə ehtiyac var.

Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bundan öncə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-lı həmkarı Donald Trampla Ağ Evdə görüşünün nəticəsi olmadı:

“İlkin nəticələr haqqında danışmaq çox tezdir. Biz dəfələrlə şahidi olmuşuq ki, hər iki ölkə başçısı arasında olan görüşlər heç nəyi dəyişməyib. Bu görüşdən də ciddi nəticə əldə ediləcəyini düşünmürəm. Ərdoğanın Trampdan əsas istəkləri Fətullah Güləni təhvil verməsi və ya ev həbsinə məhkum etməsi, Ərdoğanın mühafizə xidmətinə qarşı açılan cinayət işinin ortadan qaldırılması, iş adamı Rza Zərraba qarşı açılan cinayət işinə xitam verilməsi və Suriyada YPG və PYD-yə silah-sursat verməsinin dayandırmasıdır. Ancaq düşünürəm ki, Tramp Ərdoğanın bu istəklərini yerinə yetirməkdə gücsüzdür. Tramp Ərdoğanın ilk 3 istəyinin ona aid olmadığı, müstəqil ABŞ məhkəməsinin səlahiyyətinə aid olan mövzular olduğu qənaətindədir”.

Politoloq bildirib ki, Türkiyənin əsas istəyi odur ki, ABŞ Suriyada kürdlərə dəstək verməsin:

“Amerikanın kürdlərə verdiyi silahlar sonradan terror təşkilatı tərəfindən Türkiyəyə qarşı yönəldilir. Hətta ABŞ prezidenti Ərdoğanın dünyanın çox çətin bir bölgəsində hakimiyyətdə olduğunu qeyd edib. Çox təəssüf ki, ABŞ bu məsələyə biganə yanaşır. YPG və PYD-yə dəstəyə gəldikdə, Amerikaya məxsus hərbi texnikanın YPG-yə ötürüldüyünə dair şəkillər dünəndən internetdə paylaşılır. Bu fotolar “Vaşinqton Suriyadakı silahlı kürdlərə dəstəkdən əl çəkəcəkmi” sualına konkret cavabdır. Trampın Ərdoğandan elə böyük istəkyi yoxdur. Əlbəttə, Vaşinqton Ankaranın Rusiya və İranla yaxınlaşmasını istəmir, Rusiyadan S-400 raketlərinin alınması və bu ölkə ilə enerji anlaşmalarını genişləndirməyin əleyhinədir. Ancaq Trampın bu istəklərini də Ərdoğan qulaqardına vuracaq. Demək, Nyu Yorkdakı görüşü, sadəcə, “nəzakət görüşü” adlandırmaq olar. Bu münasibətlər hansısa müsbət nəticəyə köklənmiş görüş deyil”.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-lı həmkarı Donald Tramp arasında görüş keçirilib.


Paylaş:


Müəllif : Tarix:
22-09-2017, 11:24
  
loading...