reklam
» » İranı mühasirəyə alan Amerika hərbi bazaları - ARAŞDIRMA

reklam

İranı mühasirəyə alan Amerika hərbi bazaları - ARAŞDIRMA

Hakimiyyətə gələn kimi İrana qarşı bəzi arzuolunmaz addımlar atan president Donald Trum ABŞ-ın Yaxın Şərq siyasətində necə radikal mövqe tutduğunu ortaya qoydu. O, hətta İrana ancaq iqtisadi-ticari deyil, hərbi sanksiyaalrın da tətbiqlənə biləcəyini istisna eləməyib. Bu da bölgəmizdə yeni müharibə ehtimalını qaçılmaz edir. Düzdür, İranın Əli dini lideri Ili Xamenei bildirib ki, Trumpa cavabı fevralın 10-da – İslam inqilabının ildönümündə verəcəklər. Amma cavabın nə olacağına baxmayaraq, hər halda Amerika hərbiyyəsinin İranın lap sərhədlərində yerləşdiyini nəzərdən qaçırmamalıyıq.

Söz yox ki, Birləşmiş Ştatların, ondan da əvvəl İngiltərənin Yaxın Şərqdə hərbi qüvvələri mövcud olub. Xüusilə İkinci dünya savaşından sonra SSRİ-yə qarşı qalalar quran ABŞ bu bölgədə güclənməyə start vermişdi. Bu proses 1979-cu ildə İranda baş vermiş İslam inqilabınadək konkret olaraq SSRİ-nin qarşısında dayanmaq məqsədi güdürdüsə, məhz 1979-cu ildən sonra profilini bir qədər dəyişməyə başlayıb. Çünki şah hakimiyyətini devirən islamçılar ABŞ-ın liderliyi ilə qurulmuş CENTO regional hərbi blokundan ayrıldı. Bu da faktiki həmin təşkilatın ləğv olunmasına gətirib çıxardı. Çünki İranın ardıyla Səddam Hüseynin simasında İraq da CENTO-nu tərk elədi. Elə bu vaxt keçmiş SSRİ Əfqanıstanı işğal elədi. Bunu görən Birləşmiş Ştatların prezidenti Cimmi Karter 1980-ci ildə yeni xarici siyasət strategiyasını qəbul etdi. “Karter doktrinası”adı ilə tanınan həmin strategiyaya əsasən Bəsrə körfəsinə ediləcək hər hansı hərbi hücum ABŞ-ın ərazisinə hücum kimi qiymətləndirilirdi. Beləliklə, Birləşmiş Ştatlar körfəzdə hərbi mövcudluğunu qanuniləşdirdi.

Bu yerdə bir məqama diqqət çəkim ki, Birləşmiş Ştatlar körfəzdə olduğu bütün dövrdə İranın hər addımı yaxından izləyib. Məsələn, İran-İraq səkkizillik müharibəsi zamanı körfəzdə hər hansı hadisənin baş verməməsi üçün ABŞ ora donanmalarını gətirmişdi. Üstəlik, İslam inqilabından heyfini çıxmaq üçün İranın bütün radar tutan məlumatlarırını İraqa verirdi.

Amma deyir sən saydığını say, gör fələk nə sayır. 1990-cı ildə İraq Küveyti işğal edərkən Vaşinqtonun Səddam Hüseynə qəzəbi tutdu. İranla müharibədə dəstək verdiyi Səddamı cəzalandırmaq üçün, ABŞ 1991-ci ildə 540 min əskərini bölgəyə yığdı və üstəlik, 200 min əskər də müttəfiqlərindən alaraq Küveyti azad etdi. Bununla da sakitləşməyib həmin 700 minlik ordu ilə İraqı işğal etdi və indiki kimi xarabaya çevirdi…
2001-ci il sentyabrın 11-də Nyu Yorkda baş vermiş məlum terror hücumundan sonra Birləşmiş Ştatlar Yaxın və Orta Şərqin, o vaxtadək daxil ola bilmədiyi ölkələrinə girməyə fürsət tapdı. Yəni, müəmmalı şəkildə terrorçuların hamısı məhz Vaşinqtonun müdaxilə edə bilmədiyi müsəlman ölkələrinin vətəndaşları çıxdılar. Bununla da Amerika əskəri Liviyanı, Əfqanıstanı, Suriyanı, elə İraqın özünü indiyədək sabitliyi yuxuya çevrilmiş müharibə meydanlarına çevirdi. Misirdə, Yəməndə, Tunisdə siyasi inqilablar etdi və hər yerdə özünün inkarolunmaz tərəfdarlarını hakimiyyətə gətirdi. Amma yalnız İrana daxil ola bilmədi. Ona görə də İraq və Əfqanıstanda da hərbi mövcudluğunu möhkəmləndirən – Türkiyədə zatən çoxdur Amerika bazaları – ABŞ hazırda İranı üç tərəfdən çox güclü mühasirəyə alıb. Ölkənin yalnız şimal sərhədlərinin təhlükəsizliyinə dost Azərbaycan və bitərəf Türkmənistan tərfindən təminat verilməkdədir.

Nəzərdən qaçırmayaq ki, Birləşmiş Ştatlar 2011-ci ildən etibarən İraqdan ordusunu çıxarsa da, Yaxın və Orta Şərqin bir çox ölkəsində hələ də çox sayda bazası mövcuddur. Ümumilikdə götürsək, hazırda ABŞ-ın ölkə sərhədlərindən kənarda 350 mindən çox hərbi qüvvəsi müxtəlif profilli xarici bazalarda xidmət keçməkdədir. Bunun 125 min nəfəri isə konkret olaraq Yaxın Şərqdədir.

ABŞ xaricdəki bazalarının mövcudluğunu müttəfiqlərini üç ölkənin – Çin, Şimali Koreya və İranın təhlükəsindən qorumaq məqsədi daşıdığını deməklə əsaslandırır.

Maraqlıdır ki, bu gün dəbdə olan terrorçuluğun himayədarları kimi də əksər hallarda elə bu üç ölkənin adı çəkilir…

Qeyd edim ki, bu gün Birləşmiş Ştatlar bütün qitələrdə hərbi varlığını qoruyur. Günümüzdə dünyanı ABŞ_da daxil 7 komandanlıqda birləşdirən Vaşinqton buy olla Yer üzünü hörümçək toru kimi bürüyüb. Həmin komandanlıqlar, ABŞ xaric, bunlardır: USNORTHCOM, USCENTCOM, USEUCOM, USPACOM, USSOUTHCOM və USAFRICOM. Əlavə olaraq bu komandanlıqların hər birinə dəstək qüvvələri mövcuddur. Məsələn, USCENTCOM Yaxın və Orta Şərqə məsul olan komandanlıqdır.

ABŞ hazırda 612 milyard dollarlıq hərbi büdcəsinin böyüklüyünə görə birinci sıradadır və dünya hərbi xərclərinin 40 faizini öz üzərinə götürür. Yəni ABŞ-ın hərbi büdcəsi Avropa, Afrika, Cənubi Amerika qəıtələri və bütün Yaxın Şərqin hərbi büdcələrinin cəmindən daha böyükdür. Bir maraqlı faktı da qeyd edim ki, ABŞ ordusu ən çox neft istehlak edən qurumdur - ildə 17 milyard litr neft məhsulları işlədir. Üstəlik, Vaşinqton yalnız xaricdəki bazaları maliyyələşdirmək üçün hər il 250 milyard dollar ayırır.

Bu gün ABŞ-ın cəbbəxanasında 5113 nüvə başlıqlı silah mövcuddur. Əlavə olaraq Amerika ordusunun ixtiyarında nüvə bombası hazırlamaq üçün 500 tondan çox hazır maddə var.

Hazırda Amerika ordusunda 450 ədəd nüvə başlıqlı “Minuteman III” raketi var ki, onların hədəfi 6 min kilometrə qədərdir. 288 balistik, eləcə də 1152 nüvə başlıqlı raket “Ohayo” sinfindən olan 14 sualtı nüvə qayığında yerləşdirilib. Hnası ki, həmin qayıqlar Atlantik və Sakit okenlardan tutmuş İranın cənub sərhədindəki Fars körfəzində və Ərəbistan dənizində də mövcuddur. Bu qayıqlarda 450 kilotona qüvvəsində (Xirosimaya atılan bombadan 30 dəfə güclü) TRİDENT II D5 raketləri olmaqla, ümumilikdə 500 nüvə başlıqlı raket daşınır. İş bununla bitmir, dünya okeanında üzən 113 gəmidə də yanacaq doldurmadan ən uzaq məsafəyə uça bilən 60-a yaxın “B-2A Spirit” və “B-52H” bombardan təyyarələr də məhz atom bombaları ilə yüklənib.

Bayaq dedik ki, İranın üç tərəfi Amerika hərbi bazaları ilə haşiyələnib. Bu mənada, həmin çoxsaylı hərbi düşərgənin, sadəcə, bəzi üzdə olanlarını oxuculara təqdim eləmək istədim:

Əfqanıstanda:

“Camp Eggers” – yaradılanda adı “Kabil kompleksi” olub, amma 2004-cü ildə Qəndəharda bomba partlayışı zamanı həlak olmuş zabit Daniel Eggersin adını veriblər. Baza Amerika səfirliyi ilə Əfqanıstan Prezidentinin sarayı arasındakı ərazidə yerləşir. Burada həmçinin Almaniya, Albaniya, Avstraliya, Belçika, İngiltərə, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İtaliya, Kanada, Koreya, Monqolustan, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Sloveniya, Türkiyə, İordaniya və Yunanıstanın hərbi birlikləri olmaqla min nəfər xidmətdədir. Burada piyada, topçu, havadan müdafiə rotaları və əlavə dəstək bölmələri var.

“Camp Dwyer” – Marjah bölgəsində yerləşən bu baza Amerika Dəniz Piayadalarının əmrindədir. Talibanın hücumu zamanı öldürülmüş ingilis topçu Ceyms Dvyeri adını daşıyan bazadan bütün cənubi Əfqanıstanda aparılan əməliyyatlar idarə edilir.

“Camp Leatherneck” – Amerika dəniz qüvvələrinin ən iri bazası olan bu düşərgədə 7 min Amerika, üstəlik, Danimarka, Estoniya, İngiltərə, Gürcüstan, Birləşmin Ərəb Əmirlikləri və Bosniya və Hersoqovinanın 3 min hərbçisi – ümumilikdə 10 min əskər yerləşdirilib.

“Camp Rhino” – Qəndəharın 190 kilometrliyindəki Registan səhrasında yerləşən baza ABŞ-ın bu ölkədəki ilk yerləşdiyi düşərgədir.

“FOB Delhi” – Helməndin Qarmsir bölgəsində yerləşən baza əməliyyatlar, əskərlərin yerdəyişməsi və hücum planlarının hazırlanması funksiyalarını yerinə yetirir. İngiltərə şahzadəsi Harri də burada xidmət keçib. Əvvəl İngiltərənin nəzarətində olan baza 2009-cu ildə ABŞ-ın sərəncamına verilib.

“FOB Delaram” – Əfqanıstanın qərbindəki Nimroz vilayətində yerləşir. 6-cı Amerika dəniz alayının nəzarətində olsa da, burada 2 minlik əfqan gücləri də yerləşdirilib. Eyni zamanda, İSAF-a bağlı İordaniya və gürcüstan əskərləri də burdadır.

Baqram hava bazası - Kabilin bir saatlıq şimal məsafəsində yerləşən baza ərazisindəki mindən çox dustağın saxlanıldığı həbsxanası ilə məşhurdur. ABŞ bütün Əfqanıstana. Xüsusilə də paytaxt Kabilə məhz buradan nəzarət edir. 455-ci Amerika havadan dəstək birliyi də burada yerləşir.

Cəlalabad hava limanı – ABŞ-ın bu ölkədə inşa etdiyi ən iri bazadır. Burada ABŞ-la yanaşı İSAF qüvvələri və Əfqanıstan ordusnun bölmələri xidmət keçir. Bazada bir dəniz piyada alayı, bir hava hücum rotası və bir də havadan müdafiə bölüyü yerləşir. ABŞ xüsusitəyinatlılarının bir bölməsi də buradadır.

Kabil hava limanı – 2001-ci ildən ABŞ ordusunun nəzarətindədir. Burada Əfqanıstan hava qüvvələri ilə yanaşı 438-ci Amerika hava dan dəstək birlikləri də yerləşməkdədir.

Qəndahar hava limanı – Burada ABŞ, Kanada, İngiltərə - toplamda İSAF-a daxil 25 ölkənin hərbi bölmələri, ayrıca 451-ci Amerika hava qüvvələri yerləşir. Məlumata görə hazırda bazada 25 min əskər var.

Məzari Şərif hava limanı – ölkənin şimal hissəsi buradan nəzarətdə saxlanılır. Hətta son vaxtlar münasibətləri soyuyan Pakistandakı hərbçilərini də tədricən bura daşıyan ABŞ burada mövqeyini daha da gecləndirməkdədir. Bazada çox alman əskərlər olmaqla, 2 mindən çox hərbçi var.

Şindand hava limanı – Heratda yerləşən bu baza İrana xüsusilə yaxın olması səbəbindən Amerika üçün strateji əhəmiyyətlidir. Əfqanıstan hava qüvvələrinin əksər bölmələri burada yerləşir. ABŞ 2012-ci ildə bu bazanı ən müasir qaydada yenidən qurulmasına 300 milyon dollar sərf edib. Burada “Cessna C-182T”, “Cessna C-208B”, “MD-530F” kimi təyyarə və helikopterlər var və sair.

Bəhreyndəki hərbi bazalar:

“Naval Support Activity” –Fars körfəzi, Oman körfəzi, Qırmızı dəniz və Hind okeanınadək toplam 20 milyon kvadratkilometr ərazini izləyən bu bazada 20 döyüş gəmisi və 20 minlik canlı qüvvə saxlanılır. Burada ABŞ-ın Yaxın Şərq dəniz qüvvələrinə məxsus 5 donama fəaliyyətdədir.
Mina Salman limanı – ABŞ buranı yenidən qurmaq üçün 580 milyon dollar xərcləyib. Bazada 6100 əskər var.

Şeyx İsa hava bazası – 1987-ci ildə Bəhreynlə ABŞ arasında imzalanan “F-16 döyüş təyyarələrinin alınması” sazişinə uyğun olaraq Vaşinqton 1990-cı ildə bu hava limanını tikib. Bazada ilk vaxtlar 12 min əskər yerləşdirilib.

Küveytdəki bazalar:

Əhməd əl- Cabir hava bazası – İraq-Küveyt sərhədinin 120 kilometrliyində yerləşir. 332-ci Amerika hava birliyinin yerləşdiyi bazada amerikalı əskərlərin sayı mindən çox olsa da, sonradan onların böyük hissəsi Əli əs-Salim hava bazasına köçürüldüyü üçün sayı azalıb.

Əli əs-Salim hava bazası – İraq-Küveyt sərhədinin 60 kilometrliyində yerləşir. Bazada Amerika və İngiltərənin övçu təyyarələri yerləşib. Eləcə də “patriot” raketləri burada olub, amma sonradan yeri dəyişdirilib. Küveyt hava qüvvələrinin hərbçiləri də burada xidmət keçir.
Birləşmiş Ərəb Əmirliklərindəki bazalar:

Cəbəl Əli limanı - dünyanın dərin sularda tikilmiş ən böyük bazasıdır. Dübayın 50 kilometrliyindəki bu baza həm də Yaxın Şərqin ən iri dəniz ticarət limanı sayılır. Limanda ABŞ-a aid “Nimitz” adlı təyyarədaşıyan da lövhər salmaqdadır. Eyni zamanda, burada sualtı hücum gəmiləri, radarla izləyən kruvazor və destroyerlər də saxlanılır. Məqsəd İranın fəaliyyətini izləməkdir.
Omandakı bazalar:

Mesiyra hava bazası - 1932-1977-ci illərdə İngiltərənin nəzarətində olmuş baza İranda inqilab baş verəndən dərhal sonra ABŞ tərəfindən icarəyə götürülüb. ABŞ bu bazadan nəinki İranı, hətta Yəmən, Somali, Keniyanı belə nəzarətdə saxlayır. Burada havadan müdafiə sistemi, hətta virus – bacterial silah hücumuna qarşı önləyici tədbir görəcək bölmələr də yerləşdirilib.

Temriyt hava bazası – bazada 26 minlik hərbi qüvvə mövcuddur. Bu baza həmçinin AB,, İngiltərə və Hindistanın birgə təlimlərinə də qərargahlıq edib. Burada AC-130 helikopterləri, “Commando Solo” psixoloji döyüş təyyarələri və digər yardımçı təyyarələri də mövcuddur.

Qətərdəki bazalar:

Əl-Udeyd hava bazası – ABŞ və müttəfiqləri üçün böyük önəm daşıyır. Burada ağır yük təyyarələri, yanacaq dolduran tanker təyyarələr, eləcə də bombardmançı və casus təyyarələr hücuma hazır dayanıb. Bazada “B-1” ağır bombardıman, KC-135 tanker təyyarələri, “E-8” qırıcıları, C-130, C-17 və C-5 Galaxy nəqliyyat, EA-6 elektron döyüş, “P-3 Orion” sualtı ovçu, eləcə də EP-3 ve RC-135 Aries siqnal-kəşfiyyat təyyarələri mövcuddur.

Bazada 3,5 minədək canlı qüvvə var və 120 təyyarəni saxlamaq gücünə sahibdir.

Səudiyyə Ərəbistanındakı bazalar:

İskan kəndi hava bazası – ABŞ-ın burada 5 minədək əskəri var. Ər-Riyad hava bazasının 20 kilometrliyində yerləşir…

Bu gün Amerikanın İordaniya, İraq, İsrail və sair bölgə ölkələrində də bazaları var. Türkiyə isə NATO-nun üzvü olduğundan, orada Amerika bazalarının olmasını təbii qarşılamaq lazımdır və İranı gözləyən təhlükəyə əlavə etməliyik. Əlbəttə, bu başqa mövzudur ki, hansısa dövlət ərazisindəki bu bazalardan, məsələn, İrana qarşı hücumda istifadə olunmasına icazə verməyə bilər. Hər halda İran tərəfin ətrafını sarmış düşmən bazalarının təhlükəlilik səviyyəsini ciddi qəbul etməlidir.


Paylaş:


Müəllif : Tarix:
9-02-2017, 09:12
  
loading...