reklam
» » Ərdoğan Bakıya gəlir: - Nələr müzakirə ediləcək?

reklam

Ərdoğan Bakıya gəlir: - Nələr müzakirə ediləcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq.

Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərini şərh edən keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, yaranmış vəziyyət Bakı və Ankara arasında geniş dialoqu labüd edir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq. Dünyada davam edən geosiyasi gərginlik, Cənubi Qafqazdakı mürəkkəb vəziyyət, o cümlədən Yaxın Şərqdə baş verən hadisələr gündəlikdə olacaq. Hesab edirəm ki, bir sıra məsələlərlə bağlı Azərbaycan və Türkiyənin mövqeləri üst-üstə düşəcək. Çünki Rusiya, Qərb və ABŞ-la münasibətlər koordinasiya olunmalı, fikirlər tənzimlənməli, bəlkə də mövqelərə yenidən baxılmalıdır”.

Politoloq görüşdə Dağlıq Qarabağ problemi və bu fonda iki ölkə arasındakı münasibətlərin əsas müzakirə predmeti olacağını qeyd edib:

“Bütün bu məsələlərin kompleks şəkildə müzakirəsi gözlənilir. Görüşün çox məhsuldar keçəcəyi və mühüm razılaşmlar imzalanacağı istisna deyil”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq. Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək Bakı-Tiflis-Qars dəmiryolunun açılışında iştirakı da gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
17-10-2017, 10:34
  


loading...
Загрузка...