X
Bir qrup şəxsin ölkədən çıxışı məhdudlaşdırılır » Regionxeberleri.com Bir qrup şəxsin ölkədən çıxışı məhdudlaşdırılır » Regionxeberleri.com

reklam
» » Bir qrup şəxsin ölkədən çıxışı məhdudlaşdırılır

reklam

Bir qrup şəxsin ölkədən çıxışı məhdudlaşdırılır

 
Azərbaycan vətəndaşı olan və olmayan, o cümlədən əcnəbi olan bir qrup şəxsin ölkədən çıxması məhdudlaşdırılır.

APA-nın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) və 17-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması) maddələrinə əlavələr təklif olunur.

Maddə 9-a təklif edilən əlavəyə görə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs cəzasının qalan hissəsini çəkib qurtarana qədər ölkədən çıxışı məhdudlaşdırılır.

Qeyd olunan kateqoriyaya aid tələblərin 17-ci maddədə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində də tətbiq olunması təklif edilir.

Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Paylaş:


Müəllif : Tarix:
24-10-2017, 13:19
  


loading...