reklam
» » Türkiyə İranla razılığa gəldi: Birgə əməliyyat startda...

reklam

Türkiyə İranla razılığa gəldi: Birgə əməliyyat startda...

Türkiyə və İran PKK-nın əsas qərargahı olan Qəndilə qarşı birgə əməliyyat keçirmək məsələsində razılıq əldə edib.

Razılıq haqqında CNN məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ankara və Tehran Qəndildə əməliyyat keçirmək üçün bütün mövzularda razılıq əldə ediblər. Hazırda əməliyyatın keçirilməsi üçün uyğun və münasib vaxtı gözləyirlər.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, qış mövsümündə də dağlarda PKK-ya qarşı əməliyyatlar dayanmayacaq. Hazırda türk ordusu PKK-nın mümkün sığınacaqlarını müəyyən edərək onları zərərləşdirir. İraqdakı terror yuvası Qəndilin vurulması da əsas məsələlərdən biridir.

İki dövlət arasında terrorla mübarizə əməliyyatları üçün kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçirilir. Qeyd edilir ki, terror şəbəkəsinin fəaliyyətini sıfıra endirmək üçün İran-İraq, Suriya-İraq sərhədlərində qəti nəzarətin tətbiq edilməsi lazımdır.

Qəndil dağlarının bir hissəsi İran, digər hissəsi isə İraqın şimalında yerləşir. PKK-nın əsas qoluna rəhbərlik edən Murad Qarailan məhz Qəndil dağlarında gizlənir və PKK-ya nəzarət edir.



Paylaş:


Müəllif : Tarix:
8-11-2017, 11:52
  


loading...
Загрузка...