X
Putin Vyetnama getdi: Trampla görüş olacaqmı? » Regionxeberleri.com Putin Vyetnama getdi: Trampla görüş olacaqmı? » Regionxeberleri.com

reklam
» » Putin Vyetnama getdi: Trampla görüş olacaqmı?

reklam

Putin Vyetnama getdi: Trampla görüş olacaqmı?

Rusiya Prezidenti Vladimir Putin Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Vyetnamın Dananq şəhərinə gedib.

Bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb. Putin Vyetnamda bir sıra ikitərəfli görüşlər keçirəcək. Onun ABŞ Prezidenti Donald Trampla da görüşü gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Tramp-Putin görüşünün bu gün keçiriləcəyini təsdiqləsə də, ABŞ Dövlət katibi Tillerson görüş haqqında qərarın hələlik qəbul olunmadığını bildirmişdi.



Paylaş:


Müəllif : Tarix:
10-11-2017, 10:24
  


loading...