Ərdoğan Soçiyə getdi » Regionxeberleri.com Ərdoğan Soçiyə getdi » Regionxeberleri.com

reklam
» » Ərdoğan Soçiyə getdi

reklam

Ərdoğan Soçiyə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə yola düşüb.

Bu barədə “Star” qəzeti informasiya yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq da Soçiyə yola düşüb.

Ərdoğan Soçidə əvvəlcə İran Prezidenti Həsən Ruhanini ilə görüşəcək, daha sonra Vladimir Putinin də iştirakı ilə prezidentlər arasında üçtərəfli zirvə görüşü baş tutacaq. Zirvənin ardınca liderlərin birgə mətbuat konfransı təşkil olunacaq.

Günün sonunda ölkə başçıları şam yeməyi zamanı növbəti dəfə bir araya gələcək.

Qeyd edək ki, bir qədər əvvəl İran Prezidenti Həsən Ruhaninin də Soçiyə yola düşdüyü bildirilmişdi.


Paylaş:


Müəllif : Tarix:
22-11-2017, 16:04
  


loading...