X
Kreml Qafqaza növbəti hərbi müdaxiləyə hazırlaşır » Regionxeberleri.com Kreml Qafqaza növbəti hərbi müdaxiləyə hazırlaşır » Regionxeberleri.com

reklam
» » Kreml Qafqaza növbəti hərbi müdaxiləyə hazırlaşır

reklam

Kreml Qafqaza növbəti hərbi müdaxiləyə hazırlaşır

Rusiya Gürcüstana müdaxilə üçün Cənubi Osetiyadakı əhalidən istifadə edəcək.

Bunu “Obozrevatel” saytına açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko söyləyib.

“Moskva osetinlərdən gürcülərə qarşı yararlanacaq. Bunun üçün Rusiya Dumasında osetinlərin rus ordusunda xidməti ilə bağlı layihə qəbul edilir. Rusiya nə zamansa osetinləri Gürcüstana müdaxilə üçün istifadə edəcək. Moskva bundan öncə Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə toqquşmasından Cənubi Qafqaza təsir vasitəsi kimi istifadə edib və bu mövqeyini bundan sonra da dəyişməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Duması Cənubi Osetiya hərbçilərinin Rusiya ordusunda xidmətinə icazə verən qanun layihəsini qəbul edib.

Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. Bu ərazinin müstəqilliyi 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Moskva tərəfindən tanınıb.


Paylaş:


Müəllif : Tarix:
5-12-2017, 10:33
  


loading...