reklam
» » Azərbaycanda növbədənkənar prezident seçkilərinin müddəti azaldılır

Azərbaycanda növbədənkənar prezident seçkilərinin müddəti azaldılır

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.


Paylaş:


Müəllif : Tarix:
6-12-2017, 15:31
  
loading...