reklam
» » İŞİD-dən sonra da Suriyada qalacağıq - ABŞ

İŞİD-dən sonra da Suriyada qalacağıq - ABŞ

İŞİD terror təşkilatı üzərində qələbə çalındıqdan sonra da ABŞ hərbçiləri Suriyada qalacaq.

Bunu Pentaqon sözçüsü Erik Pexon deyib.

O bildirib ki, ABŞ hərbçilərinin Suriyada qalmasına səbəb terrorçuların geri qayıtmamasını təmin etməkdir:

“Terrorçu qruplaşmaların geri qayıtmasının qarşısını almaq və tərəfdarlarımıza yardım etmək üçün Suriya torpaqlarında qalacağıq. Koalisiya İŞİD-i əks-həmlə etməsi imkanlarından və Suriyadan kənarda terror aktları törətməsindən məhrum etməlidir”, - o vurğulayıb.

ABŞ-ın əsas tərəfdarı terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - YPG və PYD silahlılarından yaradılan “Suriya Demokratik Qüvvələr Birliyi” sayılır.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 09:06
  
loading...