reklam
» » Sanksiyaların əvəzində Krım, Donbas… – ABŞ-ın şərti

reklam

Sanksiyaların əvəzində Krım, Donbas… – ABŞ-ın şərti

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin (ABŞ DD) başçısı Reks Tillerson yenidən bəyan edib ki, Moskva Ukrayna ərazilərindən öz ordu hissələrini çıxardana qədər anti-Rusiya sanksiyalar qüvvədə qalacaq.

«Biz, heç vaxt Krımın Rusiya tərəfindən işğalını tanımayacağıq… Rusiya Krımı Ukraynanın tam nəzarəti altına verənə qədər Krımla bağlı sanksiyalar qüvvədə qalacaq» – deyə, Tillerson Vyanada keçirilən təhlükəsizlik konfransında bildirib («Röyter»).

Diplomatın sözlərinə görə, ABŞ-ın məhdudlaşdırıcı tədbirlərini ləğv etmək üçün onun avropalı həmkarları da əmin olmalıdırlar ki, Rusiya Minsk sazişinin tələblərini yerinə yetirib və «öz silahlı qüvvələrini Donbasdan çıxardıb».

Bu ərəfədə Tillerson belə bir fikir irəli sürmüşdü ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması hələlik mümkün deyil.



Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 19:44
  


loading...