reklam
» » Britaniyadan Km Çen Ina çağırış - Ölkənin kursunu dəyiş

Britaniyadan Km Çen Ina çağırış - Ölkənin kursunu dəyiş

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Mark Fild Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı ölkənin kursunu dəyişməyə və beynəlxalq birliklə əl-ələ sanksiyaların aradaq qaldırılması üzərində işləməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) cümə günü KXDR-nın çağırışları və təhlükələri ilə bağlı iclas keçirib. İclasda bir sıra ölkələrin xarici siyasət idarələrinin başçıları iştirak edib. Şuranın sədri olaraq Yaponiya, Şimali Koreyaya qarşı qəbul olunmuş yeni sanksiyaların təsirinin müzakirə olunmasını təklif edib.

«Sanksiyaların tətbiqində məqsəd Kimi başa salmaqdan ibarətdir ki, onun cəmi iki yolu var. Hazırkı yol onun ölkəsini daha böyük fəlakətə aparır. O, digər yolu seçə bilər və seçməlidir – beynəlxaq birliyə qoşulmaq yolunu. O, layiqli həyata aparan yolu, demokratiya yolunu seçə bilər. Mən, KXDR rəhbərliyinə müraciət edirəm: Siz, kursu dəyişməlisiniz. Cənab sədr, biz birlikdə işləməliyik. Gəlin bunda qərarlı olaq. Bəşəriyyətin gələcək nəsillərinin xatirinə biz, bu məsələnin həlli üçün yüksəyə qalxmalıyıq» – deyə, Fild TŞ-n gümə günü keçirilən iclasında bəyan edib.

Nazir müavini KXDR-a qarşı sanksiyaları effektli adlandırıb və qeyd edib ki, artıq sanksiyalar məhsul verir.
«Şimali Koreya bizim kollektiv dəyərlərimizi ayaqlar altına alır. Rejimin fəaliyyəti insan haqlarının sistemli şəkildə pozulması, nüvə silahlanması üzrə proqramın işlənməsi ilə xarakterizə olunur. Raket sınaqlarının cavabında TŞ KXDR-a yönəlik adekvat sanksiyalar tətbiq etməyi qərara alıb. Sanksiyalar effekt verməyə başlayır, biz bu sanksiyaların yerinə ytirilməsinə nail olmalıyıq» – Fild bildirib.



Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 19:08
  
loading...