X
BMT-də İran müzakirələri: Sizi izləyirik » Regionxeberleri.com BMT-də İran müzakirələri: Sizi izləyirik » Regionxeberleri.com

reklam
» » BMT-də İran müzakirələri: Sizi izləyirik

reklam

BMT-də İran müzakirələri: Sizi izləyirik

  Dünya İranın fəaliyyətini diqqətlə izləyir.

Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib. O, İran hakimiyyətini ölkədəki etirazçılarla bağlı xəbərdar edib:

“İran rejimi hazırda qələmlə işarələnib. Dünya sizin nə etdiyinizə baxacaq”.

Fransa isə Vaşinqtonun İrandakı hadisələrə qarşı münasibəti ilə razılaşmayıb. Fransanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri İrandakı etirazların təhlükəli olmadığını bildirib:

“İrandakı hadisələrin nə qədər narahatverici olmasına baxmayaraq, o, beynəlxalq təhlükəsizlik üçün təhdid kəsb etmir. Biz baş verənlərlə bağlı diqqətli olmalıyıq”.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya isə öz növbəsində ABŞ-ı İranın daxili işlərinə qarışmaqda ittiham edib:

“Siz Şuranın enerjisindən Əfqanıstan, Suriya, Liviya, İraq, Yəmən, Şimali Koreya və Afrikadakı böhranlı situasiyaların həllində istifadə etmirsiniz. Siz təklif edirsiniz ki, dövlətin daxili işlərinə müdaxilə ilə məşğul olaq. İrana imkan verin ki, öz problemləri ilə məşğul olsun. Rusiya İranın qeyri-stabil ölkəyə çevrilməsinin günahkarı olmaq istəmir”.

İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru isə ABŞ-ın öz gücündən sui-istifadə etdiyini bildirib. O bu iclasın Təhlükəsizlik Şurası üçün təhqir olduğunu söyləyib. Rəsmi Tehranın nümayəndəsi ABŞ-ın bununla İran nüvə razılaşmasını pozmaq istədiyini bildirib.


Paylaş:


Müəllif : Tarix:
6-01-2018, 11:23
  


loading...