reklam
» » Rusiya Zemanı prezident “seçmək” istəyir

reklam

Rusiya Zemanı prezident “seçmək” istəyir

Rusiya xüsusi xidmət orqanları Miloş Zemanın yenidən prezident olmasını istəyir.

Bunu jurnalistlərə açıqlamasında Çexiya prezidentliyinə namizəd İrji Draqoş söyləyib.

“Mən əvvəlki kimi düşünürəm ki, Rusiya bizim seçkiyə maraq göstərir. Rusiya xüsusi xidmət orqanları Miloş Zemanın seçilməsində maraqlıdır. Mən bunu sübut edə bilmərəm”, – deyə o bildirib.

Qeyd edək ki, Çexiyada preizdent seçkisinin ilk turu başa çatıb. İlk turun nəticələrinə görə, hazırkı prezident Miloş Zeman 38,57% səs toplayıb. Ondan sonrakı yerdə İrji Draqoş qərarlaşıb. O, 26,6% səs yığıb.

Seçkilərin ikinci turu keçiriləcək.


Paylaş:


Müəllif : Tarix:
15-01-2018, 09:54
  
loading...