reklam
» » Poroşenkoya xəyanət ittihamı: Rusiyaya nə vəd edib?

reklam

Poroşenkoya xəyanət ittihamı: Rusiyaya nə vəd edib?

Ukrayna Prezidenti Pyotr Poroşenko dövlətə xəyanət edə bilər.

Bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Vitali Kupriy paylaşıb.

“İstintaq müəyyən etməlidir ki, Poroşenko hansı buraxılış məntəqləri vasitəsilə Rusiyaya səfərlər edib. Üstəlik, bu səfərlərin hansı müddətlərdə gerçəkləşdiyi müəyyən edilməlidir. Biz Poroşenkonun səfərlərinin məqsədini və onun orada kimlərlə görüşdüyünü bilməliyik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Gürcüstanın “Rustavi 2” televiziyası Poroşenkonun 2007-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə göndərdiyi məktubu dərc edib. Məktubda o zaman deputat olan Poroşenkonun Rusiya qanunlarına hörmət edəcəyi və Rusiyanın maraqları əleyhinə heç bir çıxış etməyəcəyi vədləri yer alıb.

Artıq Ukrayna Prezident Administrasiyası gürcü televiziyasının yaydığı sənədin saxta olduğunu bəyan edib.


Paylaş:


Müəllif : Tarix:
15-01-2018, 14:53
  
loading...