reklam
» » NATO Rusiyanı öz ordusunu Gürcüstandan çıxarmağa çağırıb

reklam

NATO Rusiyanı öz ordusunu Gürcüstandan çıxarmağa çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.
APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO Gürcüstanın ərazi bütövlüyü və təhlükəsizliyinə sıx bağlıdır. Biz Rusiyanın Gürcüstanın regionları – Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsindən narahatlıq keçiririk. Biz Rusiyanı bu regionları tanımaq qərarından imtina etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq”, – deyə baş katib vurğulayıb.

Y. Stoltenberq NATO-nun Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini və bu ölkəyə NATO-ya üzvlük yolunda irəliləməsi üçün müvafiq praktik vasitələr təqdim edəcəyini söyləyib.
Xatırladaq ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra Rusiya bu bölgəni və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.



Paylaş:


Müəllif : Tarix:
16-02-2017, 18:59
  


loading...
Загрузка...