reklam
» » Moldova MDB-ni tərk edə bilər

reklam

Moldova MDB-ni tərk edə bilər

Moldova parlamentində ölkənin MDB-dən çıxması il bağlı qətnamə layihəsinə baxılacaq.

Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında müqavilənin Moldova tərəfindən etibarsız elan edilməsinin layihəsi parlamentdə Liberallar partiyasının deputatları tərəfindən qeydiyyata alınıb. Bundan əvvəl Demokratik Partiyanın rəhbərliyi də oxşar təşəbbüslə çıxış etmişdi.

Bu barədə “Newsmaker” məlumat yayıb.

Layihənin müəlliflərinin dediyinə görə, Rusiya Federasiyası MDB-nin yaradılması haqqında müqavilənin şərtlərini dəfələrlə pozub. Liberallar hesab edir ki, bu daha çox “Dnestryanı bölgədə separatçı rejimin dəstəklənməsi”, “1992-ci ildə Moldova Respublikasına qarşı hərbi təcavüz”,  “Suveren Ukrayna torpaqlarının bir hissəsinin işğalı və ilhaq edilməsində” özünü büruzə verib.

“MDB-yə üzvlük Moldovaya heç bir xeyir verməyib, bu təşkilatda qəbul olunan bütün qərarlar yalnız Rusiyanın maraqlarına xidmət edir”, - deyə layihənin şərhində yazılıb.

Müəlliflər qeyd edir ki, Moldovanın ilk demokratik parlamenti də (1990-1994) MDB üzvü olmağın əleyhinə çıxmışdı.

“Rusiyanın MDB-nin yaradılması haqqında müqavilənin müddəalarını yerinə yetirmədiyini, Moldovanın Avropa İttifaqına qoşulmağa çalışdığını nəzərə alaraq, MDB-nin yaradılması haqqında müqavilənin etibarsız elan edilməsini məqsədəuyğun görürük”, – deyə sənəddə qeyd olunur.

Moldova prezidenti İqor Dodon liberalların bu təşəbbüsünü “riskli layihə” kimi qələmə verib.

“MDB-dən çıxmaq nə deməkdir? Bu, o deməkdir ki, biz qoşulduğumuz bütün sövdələşmələri  tərk edirik”, - deyə Dodon “TVC21” telekanalında yayımlanan “İmportant” proqramında bildirib.

Moldova liderinin sözlərinə görə, MDB üzvlüyündən çıxma Moldovada yaşayan 600 min vətəndaşın həyatına təsir edəcək.


Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 18:05
  
loading...