X
ABŞ hökuməti fəaliyyətini dayandırdı » Regionxeberleri.com ABŞ hökuməti fəaliyyətini dayandırdı » Regionxeberleri.com

reklam
» » ABŞ hökuməti fəaliyyətini dayandırdı

reklam

ABŞ hökuməti fəaliyyətini dayandırdı

ABŞ-ın bir sıra rəsmi dövlət idarələri maliyyə çatışmazlığı ucbatından fəaliyyətlərini qismən dayandırıblar.

Buna səbəb ABŞ Konqresinin ölkənin federal büdcəsini qəbul edə bilməməsi olub. Bu gecə hökumətin maliyyələşməsi haqqında qanunun fəaliyyət müddətinin bitməsinə görə, dövlət orqanları mühüm vəzifə icra etməyən əməkdaşlarını məcburi məzuniyyətə göndərib.

Qeyd edək ki, hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun artıq Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Lakin Senatdakı Demokratlar onun qəbuluna müəyyən problemlər yaradırlar. Buna səbəb Tramp administrasiyasının yetkinlik yaşına çatmayan miqrantların müdafiə proqramlarının məhdudlaşdırılması olub.

Sonuncu dəfə ABŞ-da bu cür vəziyyət 2013-cü ildə yaşanıb. O zaman hökumət öz fəaliyyətini 16 gün qismən məhdudlaşdırmalı olmuşdu.


Paylaş:


Müəllif : Tarix:
20-01-2018, 11:06
  


loading...