reklam
» » «İranın qarşısını almaq üçün ABŞ Suriyada iştirakını saxlayacaq» – Mayk Pens

reklam

«İranın qarşısını almaq üçün ABŞ Suriyada iştirakını saxlayacaq» – Mayk Pens

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens bazar günü Ammanda İordaniya kralı ikinci Abdulla ilə keçirdiyi birgə mətbuat konfransında bəyan elib ki, ölkəsi Suriyada öz iştirakını nəinki «İslam dövləti» qruplaşmasını darmadığın etmək üçün, həm də «İranın düşmənçilik təsirinin» qarşısının alınması məqsədilə saxlayacaq.

«İcazə verin, deyim – ABŞ açıq şəkildə izah edib ki, son günlər biz, Suriyaya, Suriyada iştirakımızı saxlamağa sadiq olaraq qalırıq. Həm də təkcə «İslam dövləti» qruplaşmasını darmadağın emək üçün yox, eyni zamanda, İranın düşmənçilik təmirini və bölgədə sabitliyi poza biləcək digər təsirləri dayandırmaq üçün» – deyə, Pens bəyan edib. Onun fikirlərinin stenoqramını Ağ Evin mətbuat xidməti yayıb.

Ötən şənbə günü Pens İordaniyaya gəlib və İordaniya kralı ikinci Abdulla bazar günü onu qəbul edib. İordaniya ABŞ-dan yardım alan ölkələrdən biridir. Köməyin həcmi 2016-cı ildə 1,6 milyard dollar, 2017-ci ildə isə 1,3 milyard dollar təşkil edib. Vaşinqton həm də Suriyadan, İraqdan və Fələstindən olan qaçqınları qəbul etmək üçün bu dövlətə köməklik göstərir.

Öz turnesi çərçivəsində Pens buradan İsrailə getməli idi. Pensin bölgəyə bundan əvvəl planlaşdırılmış səfəri təxirə salınmışdı – ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi barədə Trampın məlum qərarından sonra. Məlum olduğu kimi, bu qərar ərəb dünyasında kəskin neqativ reaksiya doğurmuşdu.


Paylaş:


Müəllif : Tarix:
22-01-2018, 12:33
  


loading...
Загрузка...