X
Pensiyalar nə qədər artdı? – Rəqəmlər » Regionxeberleri.com Pensiyalar nə qədər artdı? – Rəqəmlər » Regionxeberleri.com

reklam
» » Pensiyalar nə qədər artdı? – Rəqəmlər

reklam

Pensiyalar nə qədər artdı? – Rəqəmlər

Pensiyalara tətbiq edilən artıma əsasən, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpik olacaq.

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu pensiyaların artımı ilə bağlı qərarı şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, bu ildən ötən il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları indeksləşdirilir:

“Dövlət statistika komitəsinin 2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub. Belə olan halda bütün növ əmək pensiyaları orta hesabla 5,7 faiz artır. Bu o deməkdir, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpiklik artıma məruz qalacaq.

Çünki yeni metodologiyaya görə, bu il üçün əmək pensiyaları əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirilir. Bu zaman əmək pensiyaların baza hissəsi ləğv edildiyi üçün indeksləşdirməyə bütün pensiya məbləği məruz qalır”.


Paylaş:


Müəllif : Tarix:
10-02-2018, 10:29
  


loading...