reklam
» » ABŞ-dan etiraf: Hələ belə düşmənimiz olmamışdı

reklam

ABŞ-dan etiraf: Hələ belə düşmənimiz olmamışdı

Çin ABŞ üçün indiyə qədər görülməmiş təhdiddir.

Bunu Senatda çıxışı zamanı amerikalı senator Mark Rubio söyləyib.

“Düşünmürəm ki, 240 illik tariximiz ərzində bizim ölkə bu qədər gücü və miqyası olan potensial düşmənlə toqquşub. Çin ABŞ-ın liderliyini əlindən almaq istəyir və biz səssiz qalmamalıyıq”, – deyə o bildirib.

BŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey də deyib ki, Çin aktiv şəkildə ABŞ-ı qlobal lider statusundan məhrum etməyə çalışır. Onun sözlərinə görə, Çin bu işdə özünün ABŞ təhsil sistemindəki və elmi idarələrindəki xəfiyyələrindən istifadə edir:

“Biz bütün ölkənin akademik dairələrində qeyri-ənənəvi informasiya toplayıcılarından (alim, professor və tələbə) istifadə edildiyini müşahidə edirik. Bu hal təkcə böyük yox, həm də kiçik şəhərlərdə də görünür. Çin xəfiyyələri elmi cəmiyyətlərin açıqlığından yararlanırlar ki, lazımlı mənbələri əldə etsinlər. Bu, təkcə Amerika dövləti üçün yox, bütün dünya ictimaiyyəti üçün təhlükəlidir və bu, cavabsız qalmamalıdır”.


Paylaş:


Müəllif : Tarix:
14-02-2018, 10:04
  
loading...